Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Vaşinqton Qarabağda ildırım sürətli hərbi əməliyyatlara göz yummağa hazırdır; Rusiya bundan bərk qəzəblənib və Ermənistanı təhrik edir.
Rusiya ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Qarabağa dair Bakıya verdiyi gizli mesajdan xəbər tutub. Rusiyanın “Arqumenti nedeli” həftəliyinin yazdığına görə, Moskvanın diplomatik çevrələrində belə söhbətlər gəzir ki, ABŞ administrasiyası Azərbaycan prezidenti İlham Əliyevə Qarabağ məsələsini hərbi yolla həll etmək üçün kart-blanş verib. Belə ki, Vaşinqton Azərbaycanın işğal edilmiş əraziləri geri qaytarmaq üçün hərbi yola əl atmasına mane olmayacağını çatdırıb. Lakin bir şərtlə ki, hər şey kifayət qədər sürətlə həyata keçirilməlidir.
Məlumata görə, ABŞ administrasiyası Bakıya məsləhət görüb ki, məsələni vaxtilə Xorvatiya serb Krainası problemini həll etdiyi formada aradan qaldırsın, yaxud 2008-ci ilin avqustunda Gürcüstanın separatçı Cənubi Osetiya silahlı qüvvələrini cəmi bir günə geri oturtmasını nümunə götürsün. “Arqumenti nedeli” iddia edir ki, ABŞ administrasiyası bunun əvəzində İlham Əliyevdən xahiş edir ki, Azərbaycan ərazisindən İrana qarşı platsdarm kimi istifadə olunmasına icazə versin. Xəbərlərə görə, ABŞ Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat və xüsusi əməliyyatların aparılması üçün platsdarm kimi faydalanmaq istəyir, daha sonra isə İrana qarşı ehtimal olunan irimiqyaslı əməliyyatlar zamanı bu platsdarmdan istifadə oluna bilər. Lakin Rusiya həftəliyinin yazdığına görə, prezident İlham Əliyev hələ bu məsələdə qərar verməyə tərəddüd edir. Çünki əmin deyil ki, ildırımsürətli əməliyyatlar Azərbaycan üçün istənilən kimi uğurlu olacaq. “Əgər əməliyyatlarda uğursuzluq baş versə, bunun Əliyevin özünə və Azərbaycandakı daxili siyasətə ciddi təsirləri olacaq. Bununla belə, Azərbaycan və ABŞ rəhbərliyi arasında Qarabağa dair sövdələşmə barədəki məlumatlar Ermənistan rəhbərliyinə çatıb. Radikallar prezident Serj Sərkisyandan tələb ediblər ki, preventiv tədbir olaraq Dağlıq Qarabağı müstəqil dövlət kimi tanısın və ona hərbi yardım göstərsin. Lakin bu mövqeyə qarşı olanlar da var. İrəvan meri Qaqik Bəyləryanın bu günlərdə istefa verməsi Sərkisyan hakimiyyətindəki radikallarla yumşaq qanad arasında mübarizənin nəticəsidir. Məlumdur ki, Bəyləryan Dağlıq Qarabağın tanınmasına qarşı idi və bu səbəbdən ona qarşı təxribat törədildi” - deyə “Arqumenti nedeli” yazır. Qeyd edək ki, rəsmi Vaşinqton Qarabağ münaqişəsinin hərbi yolla həllinə qarşı olduğunu hər fürsətdə bəyan edir, eyni zamanda Rusiyanın vasitəçiliyi altında münaqişənin dinc yolla nizamlanmasına yönələn səylərə dəstək verdiyini bildirir. Lakin bütün bunlar rəsmi bəyanatlarda və mətbuat konfranslarında deyilənlərdir. ABŞ administrasiyasının Qarabağ münaqişəsinə dair danışıqların Rusiyanın nəzarəti altına keçməsindən, Moskvanın səylərinin əslində münaqişənin həllinə yönəlmədiyindən və sadəcə olaraq situasiyanı nəzarət altında saxlamaq istəyinə xidmət etdiyindən məmnun qalmadığı aydındır. Elə WikiLeaks tərəfindən yayılan ABŞ məxfi sənədlərindən də üzə çıxmışdı ki, Birləşmiş Ştatlar və Avropa İttifaqı rəsmiləri qapalı müzakirələrdə Rusiyanın münaqişənin həllində maraqlı olmadığını deyirlər. Bildirirlər ki, münaqişənin həlli Rusiyanın regionda mövqelərinin zəifləməsinə apara bilərdi və ona görə də Moskvada bunu nəzərə alırlar. Bu baxımdan Vaşinqtonun Azərbaycana işğal edilmiş ərazilərinin bir hissəsini sürətli hərbi əməliyyatlar vasitəsilə geri qaytararaq münaqişə ətrafında status-kvonu dəyişməyə kart-blanş verməsinə dair məlumat xeyli ciddi sayıla bilər. Əgər Azərbaycan işğal edilmiş ərazilərin bir hissəsini geri qaytarsaydı, o zaman Ermənistanı münaqişənin beynəlxalq normalar çərçivəsində həllinə məcbur etmək çətin olmazdı. Lakin Rusiya amili var və belə görünür ki, Bakının tərəddüdləri də məhz bununla bağlıdır. Qətiyyən şübhə yoxdur ki, Vaşinqtondan Bakıya sürətli müharibə planı ilə bağlı mesaj verilibsə, bu barədə məlumatı Ermənistan rəhbərliyinə çatdıran məhz Rusiyadır. Görünür, heç də təsadüfi deyil ki, ATƏT-in Astana sammitində Ermənistan prezidenti planlaşdırılan danışıqları pozdu, onun ardınca Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti zamanı prezident Dmitri Medvedyevin hüzurunda Azərbaycanın hərbi əməliyyatlara başlayacağı halda İrəvanın “DQR”i tanıyacağı haqda bəyanat verdi. O vaxt rusiyalı ekspertlər qeyd edirdilər ki, Sərkisyan Kremllə razılaşdırmadan bu cür bəyanatı Medvedyevlə bir masa arxasında otura-otura səsləndirməzdi. Deməli, Rusiya ABŞ-ın gizli mesajından xəbər tutaraq Ermənistanı daha sərt və barışmaz mövqe tutmağa, hətta cəbhə xəttində təxribatlara təhrik edir. Məsələn, bir neçə gün əvvəl Ermənistan ordusu cəbhə xəttində atəşkəsi “Qrad” qurğusu ilə pozdu. Azərbaycan rəhbərliyinin də işğal edilmiş əraziləri qaytarmaq üçün qısamüddətli hərbi əməliyyatlara başlamaq variantı üzərində neçə vaxtdır ciddi surətdə düşündüyü barədə dəfələrlə yazılıb. Bu günlərdə Azərbaycan parlamentinin birinci vitse-spikeri Ziyafət Əsgərov jurnalistlər qarşısında bildirdi ki, Azərbaycanın danışıqlara, yoxsa hərbi yola üstünlük verəcəyini “yaxın günlərdə” hamı görəcək. Dünən isə Z.Əsgərov Ermənistanı silahlandıran Rusiyanı tənqid edib. “Münaqişənin sülh yolu ilə həll edilməsi missiyasını öz üzərinə götürmüş həmsədr ölkələrdən biri olan Rusiya yenə də Ermənistanı silahlandırır” deyən Ziyafət Əsgərov onu da bildirib ki, Rusiyanın Ermənistanı silahlandırması bu ölkənin sülhyaratma missiyasına xələl gətirir: “Biz hələ Boris Yeltsinin vaxtında demişik ki, bu məsələnin qarşısı alınmalıdır. Çox təəssüf ki, müəyyən komissiyalar yaradılsa da bunun heç bir nəticəsi olmadı. Bu gün də sülhyaratma missiyasını həyata keçirməyə borclu olan dövlət Ermənistanı silahlandırır”. Z.Əsgərov onu da deyib ki, dünyadakı siyasi proseslər Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın xeyrinə dəyişib və hamı bunun şahidi olacaq. “Azərbaycanın işğal altındakı ərazilərinin azad ediləcəyi gün uzaqda deyil” - deyə vitse-spiker vurğulayıb. Yeni musavat
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu