Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: «WikiLeaks» saytının məlumatından sonra Tehran hakimiyyəti də «çirkli pulların yulumasına qarşı mübarizəni» gücləndirmək qərarına gəlib.
İran KİV-in məlumatına əsasən İran, Pakistan və Əfqanıstan hökumətləri bu istqamətdə birgə mübarizə aparmaq məqsədi 2011-ci ilin martınadək üçtərəfli müqavilə imzalanacağı gözlənilir.
«Bu sənəd çirkli pulların yuyulması və narkotik maddələrin qanunsuz keçidinə qarşı birgə bu mübarizənin özündə ehtiva edir»-deyə, İran İqtisadiyyat Nazirliyinin çirkli pulların yuyulmasına qarşı mübarizə idarəsinin başçısı Nazir Əhmədabadi bildirib.
O, əminliklə bildirib ki, bu kampaniya «çirkli pulların» ölkəyə daxil olmasının və İranın iqtisadi sisteminə təsir etməsinin qarşısını alacaq.
Builin noyabrında Pakistanın paytaxtı İslamabadda Əfqanıstan, İran və Pakistanın narktolik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə qurumlarının başçıları narkotik madələrin qaçaqmalçılığına qarşı birgə mübarizənin parılmasının vacibliyini vurğulamışdı.
Heç kimə sirr deyil ki, «çirkli pullar» daha çox narkotik maddələrin qanunsuz dövriyyəsindən yraanır. Hər üç dövlət bu sahədə dünyada öncül yerləri tutur. Deməli, hər üç ölkədəki «çirkli pullar» həm də narkotik maddələrin qaçaqmalçılığından yaranır.
Hələ bu ilin yayında Benyəlxalq Valyuta Fondu iranlı həmkarları ilə birlikdə terrorçuluğun maliyyələşdirilməsi, çirkli pulların yuyulması istiqamətində İslam Respublikası mütəxəssislərinin gördüyü işləri müzakirə etmişdi.
İki il öncə isə İranda Çirkli pulların yuluymasına qarşı mübarizə Şurası yaradılıb.
«WikiLeaks» təşkilatının media qurumlarına sızdırdığı məlumatlarda Bakıda İran hökumətinə işləyən iranlılar haqqında da bilgilər yer alırdı.
Sənəddə «Bank of Baku»nun adı çəkilir, İran biznesmenləri ilə lə əlaqələrindən, qeyri-qanuni pul köçürmələrindən danışılır.
«Bank of Baku» İdarə Heyətinin sədri Cəlal Qasımov demişdi ki, yayılan xəbərlərdə «Bank of Baku» ilə bağlı təhrif edilmiş məqamlar var.
«Düzdür, Oromi ailəsi «NAB» şirkəti vasitəsilə bizim təsisçilərimizdən biridir. Onlar səhmlərin 40 faizinə sahibdirlər. Oromilər Türkiyə vətəndaşı olsalar da, əslən İrandandırlar. «NAB»ın «Bank of Baku»nun təsisçisi olması hər zaman açıq informasiya olub. Burada hər hansı gizli məqam axtarmaq yersizdir…
Oromi ailəsi Azərbaycanda başqa biznes fəaliyyəti ilə də məşğuldur. «Hyundai» şirkətinin Azərbaycan nümayəndəliyi, məişət avadanlıqlarının satışı ilə məşğul olan «Baku-electronics» şirkəti bu ailəyə məxsusdur. Onlar 90-cı illərin ortalarından Azərbaycandandır…
Bizə müraciət edən müştərilərin hamısı – AML (Anti Money Laundery) sistemi ilə yoxlanılır. Bu praktika bütün dünyada istifadə edilir. «Bank of Baku» vasitəsilə çirkli pulların yuyulması haqda deyilənlər hamısı uydurmadır».
Azərbaycan tərəfin məlumatı olmasa belə bütün hallarda İran tərəfindən çirkli pulların yulumasına səy edilir.
Xatırladaq ki, avtoritar və totlitar rejimlər hesabatlı olmadığından belə dövlətlərdə korrupsiya halları ilə bağlı tez-tez xəbərlər yayılır.
Bu ölkələrə başçılıq edən hakimiyyətlər bir qayda olaraq, çirkli pulları yumaq üçün çeşidli «maliyyə əməliyyatları» aparır, eləcə də şəffaf olduqlarını sübut etmək naminə bir sıra tədbirlər keçirərək, bu pulların əsas hissəsini cəmiyyətdən ört-basdır etməyə səy göstərirlər.
Bir sıra məlumatlara əsasən, narkotik maddələrin illik qanunsuz dövriyyəsi 500-900 milyard dollar məbləğindədir.
Dünya bankının hesablarmalarından birindəki məlumata əsasən ötən il dünyada bir trilyon dollardan çox məbləğində rüşvət verilib. Transmilli mütəşəkkil cinayətkar qrupların payına bu puldan nə qədər düşdüyü bilinmir. Ehtimala görə, əqli mülkiyyət itgilər 200-250 milyard dollar təşkil edir. İnsan alverçiləri isə ildə bir milyard dollar «qazanırlar». Təxminən 137 ölkədə insan alverçilərinin «düşərgəsi» fəaliyyət göstərir.
Aparılmış araşdırmaya görə, Şimali Koreya iqtisadiyyatının ən azı 16 milyard dolları transmilli mütəşəkkil cinayətkar qrupların payına düşür. Bu isə ölkə iqtisadiyyatının 40 faizini təşkil edir.
İran və Ermənistanda çirkli pulların «yuyulumasından» kənarda qalmayıb.
Xatırladaq ki, bir müddət əvvəl Ağ və Dövlət Departamenti İranla şübhəli əlaqələrinə görə Ermənistana qarşı sanksiyalar tətbiq edə biləcəklərini istisna etməmişdi.
Amerikanı xarici siyasət idarəsi 2007-ci ildə dünya ölkələrində terrorçuluğu qarşı mübarizənin vəziyyətinə dair illik hesabatında Ermənistan çirkli pulların «yuyulması» və terrorçuluq fəaliyyətinin maliyyələşdirilməsi üçün münbit dövlət hesab olunmuşdu.
Nəzərə almaq lazımdır, Tehran hakimiyyətinin himayə etdiyi təşkilatların yerləşdiyi dövlətlərdə ermənilər də yaşayır. Onlar həmin ölkələrdə dini azlıq olduqlarından oradakı rejimlər tərəfindən hər tərəfli qayğı ilə də əhatə olunublar. Elə İranda olduğu kimi məsələn, İslam Respublikası ərazisində spirtli içki yasaq edildiyi halda ermənilər onu nəinki içir, hətta çeşidli meyvələrdən araq belə istehsal edib satırlar. Bu baxımdan Livan, Suriya və İraqda da onlar eyni qayğı ilə əhatə olunublar.
Yerevanla Tehran arasındakı bu sıx əlaqə nəticəsində Ermənistan İrana qarşı tətbiq olunun sanksiyalara məhəl qoymamaqdadır. Erməni hakimiyyəti antiterror əməliyyatlarında ABŞ-la əməkdaşlıq etdiyini vurğulasa da, iki ölkə arasındakı sərhədin qorunmasınının zəif təşkili, viza reiiminin sadələşdirilməsi və s. bu kimi amillər İslam Respublikasından qanunsuz materialların, şəxslərin və maliyyə vəsaitlərinin ötürülməsi üçün çox yaxşı şərait yaradır.
Hələ sovetlər dövründə ermənilər gizli iqtisadiyyat, «sexovşik»liklə məşğul olurdular. «Ermənistan hakimiyyətində korrupsiya, habelə ölkədəki mütəşəkiil cinayətkar çevrələrin böyük məbləğdə «xəlvəti» iqtisadiyyatla məşğul olması bu ölkədə çirkli pulların yuyulması və terrorçuluq fəaliyyətin maliyyələşdirilməsi üçün münbit şəraitli məkandır»-deyə, bu beynəlxalq qurumların hesabatında vurlanmışdı.
Maliyyə cinayətlərinin tədqiqi ilə məşğul olan FATF təşiklatı isə İranın çirkli pulların «yuyulması» və maliyyə sahəsində cinayətlərlə məşğul olmasından şübhəlinir.
Bu özünü İrandakı tanınmış şəxslərin çıxışında da göstərir. 2008-ci ilin ortalarında İran prokurorluğu araşdırma və dəyərləndirmə komitəsinin başçısı Abbas Palizdar, eləcə də onunla bağlı daha 11 nəfər həbs edilmişdi.
A.Palizdar Həmədanda tələbələr qarşısında ölkədəki iqtisadi vəziyyətin ağır durumda olduğunu və bunu yaradan səbəbləri bir-bir açıqlamışdı. Onun sözlərinə görə, baş verənlərin çoxu hakimiyyətdə təmsil olunanların qanunsuz əməllərindən törəyir.
Həmin çıxışın bəzi hissələrini diqqətinizə çatdırırıq : «Hakimiyyətdəkilərdən biri, İranda tanınmış din xadimi oğlunun adına bir qurum açır. Həmin müəssisəyə daş karxanaları açmağa icazə alır. Bir müdət keçəndən sonra həmin din xadimi Zəncan əyalətindən bir Daş karxanası üçün imtiyaz istəyir. Bu minvalla həmin din xadimi 4 daş mədənini özəlləşdirir. Bu molla Tehranın imam cüməsi, İran Nəzarət Şurasının üzvü ayətulla İmami- Kaşanidir.
Başqa bir din xadimi ölkənin ali rəhbəri ayətulla Xamneyidən Qum şəhərində (rejimin dini-ideoloji mərkəzi burada yerləşir- red.) qızlar üçün hüquq universiteti açmaqdan icazə istəyir. O da bu imtiyazı verir.Bundan başqa Dena Tayer fabrikinin satın alınması üçün 126 milyrd tümən maliyyə vəsaiti istənilir (bir dollar 1000 tümənə yaxındır-red.). Halbuki həmin müəssisənin dəyəri 600 milyard tüməndir. Molla bundan ötrü qiymətin aşağı salınmasını istəyirlər. Onun istəyini nəzərə alaraq, fabriki 10 milyard tümənə satırlar. Bu da azmış kimi həmin məbləğin 80 faizini hissə –hissə ödəmək istəyirlər. Bu da təsdiqlənir. Yerdə qalan 20 faiz ödənilmədən fabrik birjaba satılır. Bəs, bu molla kimdir? O, İranın keçmiş baş prokuroru və Qum dini elmi-ideoloji mərkəzin yeni başçısı ayətulla Yəzdidir» .
A.Palizdar hakimiyyət təmisilçilərin Güney Azərbaycanın farslaşdırılan torpaqlarında Astara, Ənzəlidəki meşələrdəki ağacların kəsilməsi imtiyazı keçmiş pokurorun oğlu Mehdi Yəzdiyə verilib. İran qanunlarına görə də hakimiyyət vəzifə tutanlar ticarətlə məşğul ola bilməz. Amma ata uzun müddət oğlunun işsiz oloduğunu bildirib. Halbuki bu müddət ərzində Mehdi Yəzdi atasının başçılıq etdiyi baş prokurorluqda şöbə müdiri vəzifəsində çalışıb. Ayətulla Yəzidin qanunu pozmasına göz yuman İslam Respublikasının rəhbərliyi güzəran üçün meşələrdən odun qıran neçə-neçə yerli sakini həbs edib, bir çox hallarda onları az qala «iqilab düşməni» kimi qələmə verib.
İran avtomobil zavodu («İran xodro») sənədsiz və heç birsəbəb göstərmədən çoxlu sayda minik maşınını yarı qiymətinə Baş prokurorluğa uzun vədəli kreditə satır. A.Palizdarinin dediklərinə görə, indiyə kimi bu öhdəliklərin heç biri yerinə yetirilməyib. O, çıxışında deyib ki, «Nəhcül-bəlağə» adı altında yaranmış bir təşkilatda bu məsələdən yararlanaraq, eyni şətrlər daxilində avtomobil almaq istəyir. Bu qurumun sahibləri isə ayətulla Əliəkbər Natiqi-Nuri (parlamentin keçmiş sədri –red.), Möhsün Rəfiqdust, Həbibulla Əsgərövladi (İmam Rza məqbərəsinin xuddamı, ayətulla Vaizi-Təbəsinin ən yaxın adamı sayılır-red.), Hüseyn Dinpərvər və hakimiyyətdə təmisil olunanların ən yaxın adamlarıdır.
Adı çəkilən zavoddan bundan sonra oxşar şərtlərlə avtomobil istəyənələrin sayı artır. Bu siyahıda İranın keçmiş ETTELAAT naziri höccətülislam Fəllahian, Məşhədin imam cüməsi ayətulla Elmülhuda və «Prespolis» futbol klubunun prezidentinin adları da var.
Türk torpaqları sayılan Xorasandakı 12 mədən ayətulla Vaizi-Təbəsiyə verilib. Çıxışda bildirilib ki, onun oğlu İranda iri şirkət sahiblərindəndir.
Xəbərə görə, İranın hava limanında qaçaqmalçılıqla məşğul olanlara Natiq Nuri himayədarlıq etdiyindən toxunulmazdar. Həmin qaçaqmalçının adına 1100 cinayət işi açılıb.
Xatırladaq ki, Ərdəbildən olan keçmiş deputat, dəmir yol naziri Rəhman Dadmanın olduğu təyyarə Xorsana uçarkən, quru qoşunları komandanı general Əhməd Kazıminin mindiyi təyyarə isə Urmiyada partladılmışdı. General ayətulla Xəzəliyə aid mədənlərdə korrupsiya hallarını aşkarlamış və onun müəssisələrini qapatmışdı.
Palizar çıxışında «şəkər mafiyasından» da danışır. Onun sözlərinə görə, bu cinayətdə ayətullaların birinə bağlıdır. Bu cinqayət işinin qapadılmasından ötrü hakimiyyətə 700 milyard tümən təqdim olunub.
Məmur deyib ki, İranın Cənubundakı Kiş adası beynəlxalq azad ticarət bölgəsidir. Bu ticarət mərkəzinin üçdə iri və Çitgər parkı ölkənin keçmiş prezidenti, hazırda İslam Respublikasının aparıcı orqanı Dini Ekspertlər Şurasının sədri höccətülislam Əliəkbər Haşimi-Rəfsənacaniyə məxsusdur. Ölkənin iqtisadi nəhənglərindən olduğu, habelə çirkili yollarla böyük sərvət topladığı kimsəyə sirr deyil. Onun qızı Fizzə Haşiminin sürdüyü at bir gündə 100 min tümənlik qarpız yeyir.
Keçmiş prezidentin oğlu Mehdi Haşimi isə yanacaq sektoru ilə yanaşı, gənc qızların ərəb ölkələrinə satmaqla da məşğul olub..
Bu çıxşdan iki il ötüb. Görünür, Tehran hakimiyyəti çirkli pullar, neftdən gələn gəlirdən və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı ünvanına deyilənlərdən yaxa qurtarmaq məqsədi ilə özünü «çirkli pullara» qarşı mübarizə aparan kimi göstərməyin vaxtın çatdığını düşünür. Ancaq 32 ildə beytül –maldan danışan İslam Respublikası neftdən gələn gəlir və onların xərcləndiyi sahələrlə bağlı ictimai rəy üçün (doğrusu bir yana) məlumat belə yaymayıb. Bu Tehran hakimiyyətinin ölkə ictimaiyyətindən xəbərsiz və şəffaf olmayan fəaliyyətinin göstəricisi sayıla bilər. Odur ki, «çirlki pulların» yuyulmasına qarşı Tehranın davranışı görüntüdən savayı bir nəsnə deyil…
Sədrəddin Soltan
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu