Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: "Wikileaks" internet saytının dünyanı, xüsusilə də Türkiyəni bir-birinə vuracaq açıqlamaları davam etməkdədir. Açıqlanan məxfi sənədlər təkcə ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Ankaradakı diplomatları tərəfindən Vaşinqtona göndərilmədiyi, eyni zamanda ABŞ Kəşfiyyat Orqanlarının Türkiyə, ABŞ və İngiltərədə də Rəcəb Tayyib Ərdoğana yaxınlığı ilə bilinən şəxsləri nəzarətdə saxladığı aşkara çıxır. Qeyd edək ki, eks-enerji naziri Əbdüllətif Şener saytın Türkiyə ilə bağlı bir-birindən maraqlı 8 açıqlamalar yayacığını ötən həftə bildirmişdi. Nəhayət, deyildiyi kimi də oldu və Ərdoğana yaxınlığı ilə bilinən, əsasən də baş nazirin gizli mühasibi və xəzinədarı kimi tanınan (İngiltərədə yaşayan) iş adamı Rəmzi Gürlə bağlı yeni bir açıqlama yayıldı.
Təkcə açıqlama deyil, eyni zamanda ABŞ kəşfiyyat orqanları tərəfindən R.Gürün, yəni Ərdoğanın mühasibinin Nuy-Yorkda Nəqşi-bəndi təriqətinin lideri Nazim Kıbrısi ilə görüşünün video görüntüsü də yayımlanıb. Biz də sizə bu görüşdə R.Gürün Nəqşi-bəndi təriqətinin lideri ilə nələrdən danışdığı və əsasən söhbətin nədən getdiyini təqdim edirik. Onu da vurğulayaq ki, bu video görüntü haqqında da saytda məlumatların yerləşdiriləcəyini bildiklərindən təriqət üzvləri R.Gürlə liderlərinin görüşünü internet saytlarına yerləşdiriblər. Yəni "qara məni basınca, mən qaranı basım". Bütün dövlət orqanları ələ keçirilməlidir
R.Gür və N.Kıbrısinin ABŞ kəşfiyyat orqanlarının gizli çəkilişinə düşən səslərindən aydın görünür ki, Rəcəb Tayyib Ərdoğanın Sirtdən millət vəkili seçildiyi vaxt 9 may 2003-cü ilə təsadüf edir. Bu görüşdə Nəqşi-bəndi təriqətinin lideri ilkin olaraq fikrini 2003-cü ildə iqtidarın başında dayanan Abdulla Gül hökumətinə bəyanatı ilə başlayır. N.Kıbrısi bildirir ki, Türkiyədə bütün dövlət orqanlarının ələ keçirilməsi üçün iqtidardan təlimat gələcəyi təqdirdə təriqət üzvləri hərəkətə keçə bilərlər və bunun üçün hansısa bir problem də yoxdur. Bu açıqlama qarşısında R.Gür dövlətin ələ keçirlməsi yönündə sivil hərəkatın qarşısını kəsən qüvvənin Türkiyə Silahlı Qüvvələri olduğunu bildirir və Türk ordusundan təriqət liderinə şikayətlənir. N.Kıbrısi isə onun bu açıqlamasını yalnız və yalnız R.Gürün onun əlini öpməsindən sonra cavablandırır. Bildirir ki, ordu bizim düşmənimizdir və dövlətin bütün müvafiq qurumlarını ələ keçirəcəyi günə kimi zərərsizləşdirilməlidir: "Bunun üçün də ciddi iş görülməlidir. Ordu proseslər gedən zaman passiv olmayacaq. Biz çalışıb onları passiv vəziyyətdə saxlamalıyıq". Qeyd edək ki, elə deyildiyi kimi də oldu və bu gün Türkiyə Silahlı Qüvvələri ətrafında baş verən olayları xatırlamaq olar. 2003-cü ildə millət vəkili seçilən Rəcəb Tayyib Ərdoğana ardından Abdulla Gül baş nazir postunu təhvil verdi, bununla da Türkiyədə generalların həbsinə "yaşıl işıq" yandı. Yəni ilkin olaraq ordunu susdura bildilər. Bu işi görən zaman Silahlı Qüvvələrin Baş Qərargah rəisləri belə susduruldu (bir çoxuna təqaüdə ayrıldıqdan sonra görmədikləri şərait belə yaradıldı) Təriqət lideri bundan sonra vacib olanları bir-bir ard-arda sıralamağa başlayır. Gedən proseslərdə bu və ya hansısa bir ciddi vəziyyətin yaranacağı təqdirdə Şeyx nazim "B" planını belə təsvir edir : "Bizim şəxsin iqtidar olması üçün (Ərdoğan nəzərdə tutulur) Gül istefa verməlidir. Onun istefa verməsi vacibdir. Əgər istefa verməsə, bizə qarşı cəbhədə yer alarsa, o zaman onu baş nazir seçən millət vəkilləri bir-bir istefa verib hökumətin yıxılmasına rəvac versinlər. Bizimki hakimiyyətə mütləq gəlməlidir. Müxalif partiyalarda olanları da təlimatlandırın". Təriqət lideri daha sonra Türkiyədə Mustafa Kamal Atatürkün qurduğu dövlət və bu dövlətin Silahlı Qüvvələrinə ən son zərbəni vurmaq üçün ABŞ-ın İraqı işğal etməsinin vacib olduğunu bildirir. Bu açıqlamasında N.Kıbrısi Türkiyə dövlətinin nə qədər ömürünün qaldığı vaxtı da deyir. O qeyd edir ki, bu dövləti yıxdıqdan sonra iqtidara kimin gəlməsi onun üçün bir o qədər vacib deyil. Əsas məsələ Atatürkün qurduğu Cümhuriyyət dağılsın. Təriqət lideri R.Gürə bildirir ki, o bu günə kimi belə rəzil dövlətçilik ənənəsi olan bir ölkə görməyib və belə bir dövlətin qalması doğru deyil: "Çünki bu dövlət sağlam təməllər üzərində dayanmayıb". R.Gürün başı ilə deyilənləri "təsdiqləməsi" təriqət liderinə yaxışı təsir etidyindən o bir azda cuşa gəlir və sərsəmləmələrini davam etdirir. R.Gürə "Hacıbəy" deyə xitab edən təriqət lideri A.Güllə bağlı da fikirlər səsləndirir. Abdulla Gül hökumətin möhürünü Ərdoğana təslim etməlidir
Abdulla Gülün təcili olaraq istefa verməsini tələb edən N.Kıbrısi Rəcəb Tayyib Ərdoğana R.Gür vasistəsilə mesajında əsl hədəfinin nə olduğunu da bəyan edir. Nəqşi-bəndi təriqətinin Şeyxi bildirir ki, Türkiyədə nurçular və nəqşi-bəndi təriqətinin dövləti ələ keçirməsi onlar üçün adi bir iş olacaq. Amma o daha çox dünyada söz sahibi olmaları üçün təriqətin böyüyməsini, dünyanı ələ keçirməsini vacib hesab edir: "Biz bunun üçün ilkin olaraq müsəlman və türkdilli dövlətlərdə təhsil ocaqlarına daha çox üstünlük verməliyik və məktəblər, liseylər açıb o ölkələrin təhsil sisteminə nəzarəti əlimizdə saxlamalıyıq". O qeyd edir ki, bütün bu işlərin həyata keçirilməsi üçün hansısa maddi sıxıntı ola bilmz. İstənilən qədər maliyyə ayırmağa imkanları var. Hətta Türkiyədə həyata keçiriləcək planlar üçün nə qədər vəsait tələb olunduğunu belə soruşur: "Sizə nə qədər qızıl lazımdır? Hacıbəy, hələlik sizə 40 min qızıl bəs edərmi?". Çəkilən görüntülərdən görmək olur ki, şeyxin bu açıqlaması qarşısında R.Gür əllərini bir-birinə vuraraq ovuşdurur, səslənən rəqəmə təşəkkürünü bildirmək üçün şeyxə bağlılığını göstərən hərəktə edir. Yəni şeyxin qarşısında təzim edir. Rəcəb Tayyib Ərdoğanın gizli xəzinədarı və mühasibi kimi tanınan R.Gür bu görüşdən sonra Londonda 2 milyon 600 min Funt-sterlinqə indi də yaşadığı Beynəlxalq Mülki Cəmiyyəti Dəstəkləmə və İnkişafetdirmə" cəmiyyəti üçün dördmərtəbəli bina alır. R.Gürlə R.T.Ərdoğan arasında olan münasibətlər və R.Gürün Ərdoğanın gizli xəzinədarı olması, onun Londondakı fəaliyyəti haqqında ötən saylarımızda bildirmişdik. Onu da qeyd etmişdik ki, adıçəkilən əmlak sonradan illik kirayəhaqqı 1 sterlinq dəyərində təriqətin mənsubları tərəfindən Londonda yaradılan Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinə icarəyə verilib. Qeyd edim ki, bu mərkəz nurçuların və Nəqşi-bəndi təriqətinin Londonda əsas mərkəzlərindən biridir və bu mərkəzdə yüksəksəviyyəli görüşlər, tədbirlər həyata keçirilir. A.Gül hökumətinin istefaya getməsinin ardından R.T.Ərdoğanın hakimiyyətə gəlməsi də göstərir ki, Ərdoğanın hakimiyyətə gəlməsi istiqamətində təkcə bir təriqətin deyil, bir neçə təriqətin xeyir-duasını Fətulla Gülən almalı olub. F.Gülənin Əhməd Necdət Sezərdən sonra dövlətin başına R.T.Ərdoğanı gətirə bilməməsi isə Türkiyədəki Atatürkçü qüvvələrin hələ də müəyyən qədər gücə sahib olmalarından, eyni zamanda Türkiyədə millətçi qüvvələrin, xüsusən də Atatürk milliyətçiliyinin önündə olan qüvvələrin var olmasından qaynaqlanıb. "Həftə-İçi"
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu