Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: ATƏT-in Astana sammitində 2 qütb - Avroatlantika və Avrasiya qütbləri arasında dünyadakı problemlərlə bağlı dərin ziddiyyətlər ortaya çıxdı.
İştirakçılar sammitin yekun bəyannaməsini buna görə çox böyük çətinliklə qəbul etdilər. Belə bir tendensiyanı son günlər baş verən hadisələr fonunda daha aydın görmək olar. Fransanın Doyvil şəhərciyində bir araya gələn Rusiya, Fransa və Almaniya liderləri faktiki, dünyanın yenidən bölüşdürülməsi prosesinin əsasını qoydular. Söhbət 1947-ci ildən Avropada Marşal planının həyata keçirilməsi ilə başlayan ABŞ-ın Avropanı ekspansiya siyasətinin rəsmən rədd edilməsindən gedir. Üçlü zirvə görüşündə liderlər Birləşmiş Ştatları Avropanın təhlükəsizlik arxitekturasının qurulması prosesindən kənarda qoymağı qərara aldılar. Bu siyasətə okeanın o tayından dərhal sərt reaksiyanın verilməsi dünya nəhəngləri arasında ciddi ziddiyyətlərin olduğunu, həmin ziddiyyətlərin digər regionları da əhatə etməyə başladığını göstərdi. Şübhəsiz, ziddiyyətlər ABŞ-ın getdikcə Qərblə hesablaşmamaq kursu və dünya maliyyə böhranından daha çox avropalıların ziyan çəkməsi ilə birbaşa bağlıdır. Köhnə dünya dövlətləri artıq Amerikada yaradılan «Rusiya düşməndir» obrazı ilə barışmaq istəmir. Bunu Şimal dövləti ilə son zamanlar artan əməkdaşlıq və Rusiyanın indiyə qədər arzulaya bilmədiyi bir çox məsələlərdə uğur əldə etməsi kontekstində açıq şəkildə görmək olur.
Məsələn, 2018-ci il futbol üzrə dünya çempionatının Rusiyada keçirilməsi. Bu hadisəni çoxları siyasi çəkili hesab etməsə də, 2014-cü il qış olimpiya oyunlarının Soçi şəhərində keçirilməsi ilə bağlı verilən qərar təsadüflərin olmadığından xəbər verir. Diqqət yetirin: Rusiyanın «Böyük səkkizlər» və daha sonra «Böyük 20-lər»in sammitinə qatılması, NATO-nun son Lissabon sammitində NATO-Rusiya şurasının fəaliyyətinin bərpası ilə bağlı təkidlər və bu həftə Avropa Birliyi-Rusiya müzakirələri. Müzakirələrin sonunda Rusiyanın Ümumdünya Ticarət Təşkilatına qəbulu ilə bağlı aparılan danışıqların yekunlaşmasına dair saziş imzalandı. Beləliklə, Şimal dövləti daha bir ciddi təşkilata qəbul olunur. Qeyd edək ki, beynəlxalq ticarətin liberallaşdırılması və üzv ölkələrin siyasi-ticari münasibətlərinin tənzimlənməsi üçün yaradılan ÜTT hazırda 150 ölkəni özündə birləşdirir. Adətən, hansısa ölkənin sözügedən quruma üzvlüyü ilə bağlı danışıqlar 5-7 il çəksə də, Rusiya bu sahədə rekord göstəriciyə imza atıb - 17 il. Ekspertlər bunu Qərbin Kremldən həm siyasi, həm də iqtisadi sahədə bir sıra güzəştlər qoparmaq niyyəti ilə əlaqələndirirlər. Üzvlük məsələsinin reallaşmasına ən ciddi əngəlləri törədənlərdən biri olan ABŞ hazırda mövqeyini dəyişməkdədir. Belə ki, prezident Barak Obama qərarı alqışlayır və üzvlüyün həm onların, həm də Rusiyanın maraqlarına cavab verəcəyini bəyan edir. Təbii ki, Avropa ölkələrinin son illər Moskva ilə təmasları gücləndirməsinə Vaşinqtonda laqeyd qala bilməzdilər. Hazırda Avropa İttifaqı Rusiyanın əsas ticarət tərəfdaşı və xarici sərmayələrin əsas mənbəyidir. Öz növbəsində Rusiya da Avropa İttifaqı üçün başlıca enerci təchizatçısı və 3 nəhəng ticarət tərəfdaşından biridir. Şimal dövləti Avropanın qaz asılılığını nəzərə alaraq öz şərtlərini irəli sürdüyündən bu gün ABŞ-ın həmin proseslərə müdaxilə imkanları azalır. Siyasi dəhlizlərdə səslənən bəzi versiyalara görə, hazırda NATO ABŞ-ın, Avropa İttifaqı Fransa və Almaniyanın nəzarəti altındadır, bu baxımdan son Astana sammitində Moskvanın qərarların qəbuluna təsirini nəzərə alan analitiklər ATƏT-in də Rusiyanın təsiri altına düşdüyü barədə mülahizələr irəli sürdülər.
Avropa Birliyinin təmsilçiləri – Herman Van Rompey və Coze Manuel Barrozu Rusiya prezidenti Dmitri Medvedevlə danışıqlarında perspektivə hesablanmış bir sıra güzəştləri dilə gətirdilər. Viza reciminin ləğvi, enerci təhlükəsizliyi, iqlim dəyişiklikləri, qlobal və Avropa səviyyəsində iqtisadi məsələlər, İranın nüvə dosyesi ilə bağlı Kremlin təşəbbüslərinin dəstəklənəcəyinə işarə vuruldu. ÜTT-ə qəbulun isə artıq 2011-ci ildə rəsmiləşəcəyi gözlənilir. Gürcüstan münaqişəsində Qərbin ciddi uğura imza atacağını az insan güman edir. Avropa ölkələrinin Polşa və Çexiyada raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsi ilə bağlı ABŞ-ın təkliflərinə lazımi dəstək verməməsi Ağ evi üzünü Türkiyəyə çevirmək məcburiyyətində qoyub. Türkiyənin isə Avropa İttifaqına qəbulu problemi var. Şübhəsiz, Ankaranı bəzi anlaşılmaz ittihamlara məruz qoyan Avropa nəhəngləri bu faktı əsas götürərək Türkiyə qarşısında qoyduqları şərtləri daha da sərtləşdirəcək. Qardaş ölkənin isə nə Rusiya, nə Avropa ittifaqı, nə də İranın etirazlarına baxmayaraq Vaşinqtonun istəklərinə dərhal müsbət yanaşacağını gözləməyə dəyməz.
Dünya düzəninin dəyişilməkdə olduğunu Moskvadan NATO əleyhinə eşidilən bəyanatlar da təsdiq edir. Bədnam «Vikiliks» saytının məlumatları bu prosesdə az rol oynamadı. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov son açıqlamasında bildirdi ki, NATO-nun Polşa və Baltiya ölkələrinin Rusiyadan müdafiəsi üzrə mümkün planlara malik olması haqda xəbərlər ciddi suallar doğurur. Nazir bununla qurumun səmimiliyinə etimadın xeyli azaldığını bildirir. Halbuki, NATO rəsmiləri vurğulayırlar ki, alyans Moskvanı düşmən saymır və Rusiya hərbi blok üçün təhlükə deyil. Xəbərlərin ziddiyyətli səciyyə daşıması Kremli alternativ variantlara əl atmağa həvəsləndirir. Bunu MDB dövlət başçılarının son zirvə görüşü çərçivəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının görüşünə məhz Kremlin xüsusi önəm verməsi faktı da sübut edir. Belə görünür, Rusiya MDB və digər regional təşkilatlar sırasında həlledici rolunu təsdiqləməklə ABŞ-ın bir çox geostrateci məsələlərdəki fövqəlstatusunu ləğv etməyə çalışır. Avropa İttifaqı bu işdə onun ən yaxın müttəfiqinə çevrilir. Əgər Şimal dövləti istəyinə çatsa, bu, Hillari Klintonun dilindən səslənən «perezaqruzka» prosesində Birləşmiş Ştatların uduzması demək olacaq.
“1-ci kanal”ın Analitik Qrupu
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu