Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Azərbaycan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesində imkanların tükəndiyi bir vaxtda müharibənin yaxında olduğunu göstərən anonsla çıxış edib.
Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov dünən jurnalistlərlə söhbətində deyib ki, danışıqlar prosesi dalana dirənib və bu, Ermənistanın beynəlxalq hüquqa meydan oxumasının nəticəsidir.
“Ermənistanın qondarma Dağlıq Qarabağ rejiminin tanınması ilə bağlı etdiyi cəhdlərin heç bir perspektivi yoxdur. Çünki ermənilər özləri də gözəl başa düşürlər ki, separatçı rejimin tanınması Ermənistanın işğalçılığının hüquqi cəhətdən bir daha təsdiqi olacaq. Ermənistan başa düşməlidir ki, bu siyasətin heç bir perspektivi yoxdur. Təəssüf edirəm ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və digər beynəlxalq təşkilatlar da Ermənistana təzyiqi artırmır. Düzdür, çox vaxt onlar prosesin uzanmasından narahat olduqlarını deyirlər. Amma maraqlıdır: onlara təzyiq göstərməkdə kim mane olur? Narahatlıqlarını ifadə edirlər, amma ortada bir nəticə yoxdur. Hesab edirəm ki, bundan sonra artıq Azərbaycanın bütün iqtisadiyyatı, xüsusilə də sənaye sahəsi hərbi relslər üzərinə keçirilməlidir. Bu istiqamətdə çox böyük işlər görülüb. Artıq Serj Sərkisyanın və onun hakimiyyətinin ərköyün siyasətinə dözməyə nə imkanımız, nə də vaxtımız var. Azərbaycan bu günə kimi çox böyük hövsələ nümayiş etdirdi. Dünya ictimaiyyəti də gördü ki, Azərbaycan sülh, danışıqlar tərəfdarıdır. Ancaq beynəlxalq hüquq imkan verir ki, Azərbaycan öz ərazisini istənilən şəkildə azad etsin. Bu, bizim hüququmuzdur və bu hüququ özümüzdə saxlayırıq”, - deyə I vitse-spiker bildirib. Milli Məclis sədrinin I müavini jurnalistlərin “müharibə olacağını gözləmək olarmı” sualına cavabında “bunu yaxın günlərdə özünüz görəcəksiniz”, deyə, cavab verib.
Rusiya tərəflərlə ayrı-ayrılıqda danışır
Bundan əvvəl sülh prosesində imkanların tükənməkdə olduğu və Azərbaycanın hərb yolunu seçə biləcəyi ilə bağlı Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov da bəyan etmişdi. Danışıqlar prosesinin heç bir ciddi nəticə verməyəcəyi bu günlərdə ATƏT-in Astanada keçirilən sammiti zamanı bir daha üzə çıxdı və göründü ki, vəziyyət prezidentlərin planlaşdırılan görüşünün baş tutmamasına gətirib çıxaracaq dərəcədə mürəkkəbdir. Bu, həm də Rusiyanın vasitəçiliyinin iflasa uğramasıdır. Rusiya son iki ildə danışıqlar prosesini öz nəzarəti altına alıb və Minsk Qrupunun digər həmsədrlərini prosesdən xeyli ölçülərdə kənarlaşdırıb. Lakin indi Azərbaycanın Rusiyanın səylərinin nəticə verə biləcəyinə dair gözləntiləri də özünü doğrultmur. Parlament spikerinin birinci müavinin açıqlaması ondan xəbər verə bilər ki, Azərbaycan rəhbərliyi ciddi qərar astanasındadır: yaxın günlərdə ya danışıqlar prosesindən çəkilib Z.Əsgərovun dediyi kimi, bütün resursları müharibəyə səfərbər etmək, ya da bu planı daha bir müddət arxa plana keçirib danışıqların növbəti mərhələsinə qoşulmaq barədə qərar verilə bilər. Belə görünür ki, sözügedən kritik qərarın verilməsi Rusiyanın tərəflərlə ayrı-ayrılıqda apardığı danışıqlardan asılı olacaq. Dekabrın 9-da Moskvada MDB xarici işlər nazirlərinin toplantısı çərçivəsində Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri görüşərək münaqişənin nizamlanmasına dair məsələləri müzakirə ediblər. Ardınca isə Rusiya prezidenti Dmitri Medvedyev MDB sammitinə qatılmaq üçün Moskvada səfərdə olan Ermənistan prezidenti Serj Sərkisyanla bu məsələ ətrafında müzakirələr aparıb. Dekabrın 9-da isə Azərbaycan prezidenti İlham Əliyev də sammitdə iştirak etmək üçün Moskvaya gedib. Onun Medvedyevlə ikitərəfli görüşü və Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr aparması gözlənilirdi. Ehtimal olunur ki, bu təmaslarda söhbət əsasən gələn il danışıqlar prosesini necə qurmaq barədə gedir. Nəticəsiz başa çatan növbəti ildən sonra ABŞ da münaqişənin nizamlanması üçün səyləri “ikiqat artırmaq” barədə vəd verir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi gələn il Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini ikiqat artırmaq niyyətindədir.
Rusiyalı ekspert: “Proseslər ABŞ-ın istədiyi istiqamətdə gedir”
Rusiya və digər vasitəçilər danışıqlar prosesinin bu cür dalana dirənməsinin nə dərəcədə təhlükəli olduğunu dərk edirlər. Əslində Kremlin səyləri daha çox ona yönəlirdi ki, prosesi nəzarət altında saxlasın, prezidentləri danışıqlar masasından çəkilməyə qoymasın və bununla da müharibənin başlanmasını əngəlləsin. Ancaq indi bu taktikanın da limiti tükənir. Danışıqlar xatirinə danışıqlar aparmaq strategiyasının nəyə hesablandığını rəsmi Bakı da yaxşı dərk edir. Çünki danışıqların uzanmasına paralel olaraq Rusiya Azərbaycanın güclənən hərbi potensialını neytrallaşdıra bilmək üçün Ermənistanı silah yardımları edir. Sözügedən taktika ABŞ-ın da işinə yarayır və məhz bu səbəbdən Vaşinqton nizamla prosesində təşəbbüsün Moskvaya keçməsindən qətiyyən narahat görünmür. Rusiya Siyasi Texnologiyalar Mərkəzinin vitse-prezidenti Sergey Mixiyevin sözlərinə görə, Vaşinqtonun Rusiyanın Qarabağ məsələsində fəallığına pozitiv reaksiyası onu göstərir ki, proseslər ABŞ-ın istədiyi istiqamətdə gedir: “Mən amerikalıların hansısa xüsusi təşəbbüslə çıxış edəcəyini təxmin etmirəm. Onların reaksiyası göstərir ki, proses Vaşinqtonun istədiyi istiqamətdə gedir. Lakin mən başa düşmürəm ki, onlar bu prosesi stimullaşdırmaq üçün hansı təşəbbüslərə əl ata bilərlər”. Bununla belə S.Mixiyev hesab edir ki, müharibə olmayacaq, çünki o, heç kimə lazım deyil: “Yəqin ki, biz bir müddət dalan sakitliyinin şahidi olacağıq. Ümumiyyətlə, situasiya bu cür idi və belə də qalır. Hər şey bundan sonra da dondurulmuş vəziyyətdə qalacaq, çünki kəskin addımlar atmaqda heç kim maraqlı deyil”. Qeyd edək ki, bir gün əvvəl ABŞ-ın Qarabağ məsələsində Rusiyanın vasitəçilik səylərini alqışladığı barədə bəyanatı dövlət katibinin müavini Filip Qordon vermişdi.
Azərbaycan ordusu sarsıdıcı zərbələr endirməyə hazırdır
Şübhə yoxdur ki, müharibənin başlanmasını nə ABŞ, nə Rusiya, nə də digər güclər istəmir. Azərbaycanın cənub qonşusu İran da müharibənin yolverilməzliyi barədə mesajını tərəflərə çatdırıb. Rəsmi Tehran əsasən ondan narahatdır ki, Qarabağda müharibənin başlaması İrana müdaxilə üçün bəhanə ola bilər. Belə mürəkkəb vəziyyətdə Azərbaycan rəhbərliyi müharibə barədə qərarın nə dərəcədə riskli olacağını hesablamamış deyil. Qərar verilsə, bu, o demək olacaq ki, Azərbaycan beynəlxalq güclərin müdaxiləsinə qədər cəbhə xəttində vəziyyəti dəyişərək işğal edilmiş ərazilərin ən azı bir hissəsini azad etmək variantını seçir. Nəzəri olaraq Azərbaycanın belə imkanları var. Azərbaycan gələn il üçün hərbi xərclərini rekord səviyyədə - ikiqat artırıb. Son illər intensiv şəkildə ordunun yeni silahlarla təmin edilməsi istiqamətində iş gedir, Azərbaycan dünyanın ən güclü silah sənayesinə malik ölkələrindən olan İsraillə bu məsələdə sıx tərəfdaşlıq edir. Məlumatlara görə, İsraildən artıq yüz milyonlarla dollarlıq silah alınıb, bunlar əsasən düşmən hədəflərini uzaq məsafədən və dəqiq vurmağa imkan verən silahlardır. Yəni Azərbaycan ordusu indi ona qadirdir ki, hərbi əməliyyatlara başlayan kimi düşmənin ən strateji hədəflərini, məsələn, Xankəndini hətta təmas xəttindən xeyli aralıda mövqe seçən bu silahlarla yerlə bir etsin. İstər yerli, istərsə də beynəlxalq ekspertlər Qarabağda müharibənin “blits-kriq” (“ildırım sürətli”) xarakterli ola biləcəyini təxmin edirlər. Çünki bu mürəkkəb regionda uzun müddət hərbi əməliyyatların aparılmasına siyasi şərait imkan verməzdi.
Rusiya Ermənistana yeni silahları niyə verir?
Azərbaycanın hakimiyyət təmsilçisinin yaxın günlərdə kritik qərarın veriləcəyinə dair eyhamı həm də ondan irəli gəlir ki, əgər işğal edilmiş əraziləri hərbi yolla qaytarmağa qərar veriləcəksə, bunu çox ləngimədən etmək lazımdır. Çünki Rusiya Ermənistana silah yardımını artırmaqdadır. Bu narahatlıq “WikiLeaks” saytı tərəfindən yayılan ABŞ-a dair son məxfi sənədlərdən birində də əksini tapır. Birləşmiş Ştatların Tiflisdəki səfiri Con Bass prezident Obamanın xüsusi müşaviri Riçard Holburka göndərdiyi teleqramda bildirir ki, 2010-cu ildə Rusiya Ermənistana silah verilməsini artırıb. “Gürcüstan Ermənistanla qonşuluq münasibətini saxlamaq istəsə də bu silahların həmin ölkə tərəfindən müstəqil istifadə ediləcəyinə inanmır. Təyyarələr üçün iri kalibrli döyüş sursatları kimi silahlar Ermənistandakı Rusiya qüvvələri tərəfindən Gürcüstana qarşı istifadə edilə bilər. Ermənistana bu cür silahların verilməsinin Dağlıq Qarabağ məsələsi ətrafında mövcud balansı poza biləcəyi azmış kimi, perspektivdə bu silahlar gələcəkdə Gürcüstanla Rusiya arasında mümkün münaqişə zamanı da tətbiq edilə bilər” - deyə səfir yazır. Yeni musavat
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu