İranda 4533 məhsulun qiyməti 50 faizədək arta bilər
Besent: İran neftsiz yaşaya bilməz
ABŞ İsraildə 90 hərbi təyyarə yerləşdirib; İrana hücum hazırlığı?
İranın atom bombası istəyi; bu dəfə Rzai hədələdi
Məşhədin imam-cüməsi: İran atom silahı əldə etməlidir
İsrail İranda qəfil “peycer əməliyyatı” hazırlayır
Tramp və Netanyahu İranla bağlı telefon danışığı aparıblar
Tramp: Daha bir-iki İran obyektini 10 dəqiqəyə məhv edə bilərik
Ejeidən xaricdəki iranlıların məhkəmə işləri ilə bağlı göstəriş
Türkiyə ordusunun bir hərbçisi İranla sərhəddə atışma zamanı öldürülüb
Laricani: Atom bombası hazırlamaq bizim üçün oyuncaq kimidir!
Tramp Türk Dövlətləri Təşkilatının sammitinə və Ərdoğana uğurlar arzulayıb
Kanada BƏƏ-nin Ərəb körfəzindəki üç ada ilə bağlı mövqeyini dəstəkləyib
Savalan dağının yüksəklikləri 25 santimetr qarla örtülüb
Traktor dolayı reyslə Omana yola düşür
Azərbaycan BƏƏ-nin BMT baş katibliyinə namizədini dəstəkləyib
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
Xamenei gözlənilən müharibə ilə bağlı silahlı qüvvələrə əmr verib
Qəzvində iki məhbus edam edildi
Qəzvində 19 iaşə obyekti bağlandı
Qərbi Azərbaycan əyalətində ağır yol qəzası baş verib
20 gündə İranda səksən yeddi məhbus edam edilib
AB, İrlandiya və Kanada İranda edamların dayandırılmasına çağırdılar
Sistan və Bəlucistanda SEPAH üzvü öldürüldü
İranda daha altı sünni ərəb həbs edildi
İranda daha dörd etirazçı edama məhkum edildi
Rubio Feysəl bin Fərhan ilə İrandakı vəziyyəti müzakirə edib
Tramp aralıq seçkilərdən sonra İrana zərbələri bərpa etməyi planlaşdırır – MS NOW
Hakan Fidan Marko Rubio ilə görüşüb
Axios: Respublikaçıların məğlubiyyəti İranla müharibənin yenidən başlamasına səbəb ola bilər
İranda daha 19 bəluc həbs edilib
iranpərəstlər Azərbaycanın səfirliyi önündə təxribata cəhd edib
Şərqi Azərbaycan və Zəncan aylıq inflyasiya üzrə ilk sırada
İranlı deputat Müctəba Xameneidən atom bombası icazəsi istədi
Traktor Neftçi ilə oyuna çıxa bilməyə bilər: uçuş icazəsi verilmir
Traxturun qadın komandası “Mis”i məğlub etdi
SEPAH-ın Avropada gizli terror fəaliyyəti genişlənir
Paşinyan: Azərbaycanla sülh 400 il və daha çox davam etməlidir
CENTCOM: Gəldik, amma Hörmüzdə SEPAH-ı görmədik
Avstraliya İranla bağl vətəndaşlarına xəbərdarlıq etdi- İrana getməyin!
İran məhkəməsi daha bir "casus"u edama məhkum etdi
Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir
Sosial media fəalına ağır həbs cəzası verildi
İc t i m a i T ə d q i q a t l a r M ə r k ə z i
PUBLİC RESEARCH CENTRE(NGO)
“_02_“____iyul____2012__ Baku, Azerbaijan
------------------------------------------------------------------------------------------------------------------
İlqar Altay
İctimai Tədqiqatlar Mərkəzi (QHT),
müstəqil hüquqşünas-təhqiqatçı.
Azərbaycan Respublikasının aidiyyətli dövlət qurumları və ictimai təşkilatlarına,
Azərbaycandakı xarici ölkə səfirlikləri və beynəlxalq təşkilatların nümayəndəliklərinə.
Azərbaycanın İranda yoxa çıxmış şairləri ilə bağlı İran İslam
Respublikasına edilmiş təhqiqat səfərimin rəsmi nəticələri.
1. Azərbaycan Respublikasının vətəndaşları olan gənc şairlər Fərid Hüseyn və Şəhriyar Del Gerani(Hacızadə) cari ilin 29 aprel tarixində poyeziya festivalında iştirak üçün, dəvət əsasında İran İslam Respublikasına səfər etmişlər. Lakin, festivalda iştirakdan sonra, 02 may 2012-ci il tarixdə İranın Təbriz şəhərində mülki geyimli naməlum şəxslər tərəfindən oğurlanıb yoxa çıxarılmışlar. Bu qanunsuz-özbaşınalığın bəzi epizodları Təbrizə müalicə üçün səfər etmiş, şairlərin iki nəfər Azərbaycan vətəndaşı olan tanışlarının şahidliyində baş vermişdir.
2. Ötən 2 ay ərzində bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin İran tərəfinə verdiyi rəsmi notalara, Azərbaycanın Tehrandakı Səfirliyinin, Təbrizdəki Konsulluğunun gərgin calışmalarına, Azərbaycan ictimaiyyətinin müxtəlif təbəqələrinin müraciətlərinə, şairlərin valideyinlərinin xahişlərinə baxmayaraq İran rəsmi hakimiyyəti bu müddətdə bütün beynəlxalq bəşəri və insani normaları iqnorə edərək şairlərin taleyi, həbs olunub-olunmamsı barədə azərbaycan tərəfinə heç bir konkret məlumat verməmişdir.
3. Üstəlik, İran tərəfi bu müddətdə şairlərin taleyi ilə bağlı Azərbaycana qarşı sayqısızlıq, ictimai çaşqınlıq və mənəvi iztirab yarada biləcək təxribat tipli hərəkətlərə yol vermişdir. Belə ki:
- 02 may 2012-də mülki geyimlilər şairləri aradan götürərkən iki nəfər azərbaycanlı şahidlərə həm qeyri-rəsmi özbaşınalıq həm də rəsmi dövlət imkanları olduqlarını yəni, aradan götürdükləri şairlərlə hər cür rəftar etmək, onların taleyi barədə istənilən qərarı vermək iqtidarında olduqlarını nümayiş etdirmişlər. Şahidlərin özlərini belə, qorxu və təzyiq altında saxlayıb, buraxarkən qəsdən Azərbaycan tərəfinə gördüklərini çatdırmağı tapşırmışlar.
- İran tərəfdən ötən müddətdə 3 dəfə müxtəlif vaxtlarda naməlum məkandan şairlərin öz valideyinlərinə zəng vurmasına imkan yaradılib və hər dəfə də guya, yalnız miqrasiya qaydaları pozuntusuna görə saxlandıqları, onların azadlığının Azərbaycan tərəfdən asılı olduğu, Azərbaycan hökumətinin tələb olunan addımları atmadığı, hansısa sənədin İran tərəfinə çatdırılmadığı bildirilib. Telefonla dediklərinə görə şairlər 22 gün bir-birindən ayrı məkanda saxlaniliblar və hansısa, İran tərəfini təmin edən dövrdən sonra onlara birgə qalmaq imkanı yaradılıb. Aydın olur ki, bu zənglər də təxribat xaraktarlidir.
- 02 iyun 2012 tarixdə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin rəsmisi bəyan etmişdir ki, yoxa şıxmış şairlər barədə iyunun 5-də İran tərəfin məlumatı veriləcək. Ancaq gözləntilərə baxmayaraq bu baş tutmayıb, səfirlik bunun üstündən sükutla keçib.
- 22 iyun 2012 tarixdə İran xarici İşlər Nazirliyi bildirib ki, azərbaycanlı şairlər “cinayətə cəhd” ə görə saxlanılıblar və hansı cinayətə gərə, harada və hansı hüquq-mühafizə orqanı tərəfindən saxlandığı bildirilməyib. Mahiyyətinə görə İran XİN-nin bu xəbəri standartlara uyğun olmayan, yarımçıq, qaranlıq və qeyri-ciddi qəbul olunub.
- 28 iyun 2012 tarixdə İran hakimiyyətinə yaxın KİV-lər, saytlar şairlərin külli miqdarda narkotik qaçaqmalçılığı və İsrail kəşfiyyatına casusluqda ittiham olunduqlarını və onları İranda edam cəzası gözlədiyini elan etdilər. İran rəsmi hakimiyyəti bunu təsdiq etmədi.
- Nəhayət 04 iyul 2012 tarixdə İran dövlət hakimiyyətinin “Press TV”, “Səhər TV” və digər kanalları, KİV məhbus Azərbaycan şairləri ilə bağlı yeni video veriliş yayaraq, bəzi “faktlar” nümayiş etdirməklə onları Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin tapşırığı əsasında iranda casusluq fəaliyyətində ittiham ediblər. Gözləntilərin əksinə olaraq bunlar da, yenə İran tərəfdən öz rəsmi təsdiqini tapmayıb.
- 05 iyul 2012 tarixdə İran kəşfiyyatı – ETTELAAT-ın rəhbəri Heydər Möslehi şairlərin taleyi barədə jurnalistlərin konkret sualını belə cavablandırıb: “ Gözləmək lazımdır, mən bu barədə məlumat verməyəcəm”. Bununla bütün ictimaiyyət üzüntülü gözləntidə qalır.
4. İrana təhqiqat səfərim zamanı dini lider Xameninin Adminstrasiyasında, Prezident
Aparatında, İran Daxili İşlər Nazirliyində, Baş kəşfiyyat - ETTELAAT idarəsində
və sair bir sıra rəsmi və ictimai idarələrdə apardığım söhbətlər, müşahidələr əldə etdiyim
məlumatlar belə bir qənaətə əsas yaradır ki:
- Azərbaycan şairləri Fərid Hüseyn və Şəhriyar Del Gerani(Hacızadə) İranın kəşfiyyat
nazirliyi – ETTELAAT tərəfindən həbs olunublar və Təbriz şəhərində xüsusi qapalı məkanda saxlanılırlar.
- Bütün İran ictimaiyyəti - ziyalılar, sıravi insanlar, müstəqil, vicdanlı hüquqşünaslar və vəkillər birmənalı olaraq bu həbsin siyasi sifariş olduğunu, ETTELAAT tərəfindən həyata keçirildiyini düşünürdülər. İran rəsmiləri də söhbətlərində bunun həqiqətən belə olduğunu inkar etmədilər, ancaq bunu rəsmi təsdiq etməkdən boyun qaçırdılar. Hətta, ETTELAAT nümayəndəsi etiraf etdi ki, 90 faiz insanları ki, öz təşəbbüsümüzlə tuturuq, bu həbsi rəsmi etiraf edirik. Ancaq 5-10 faiz lap yuxarıdan xüsusi sifarişlə apardığımız həbslərin səbəbini özümüz də bilmirik və bu həbslər barədə ümumiyyətlə heç bir məlumat yaymırıq.
5. Bütün bunlar da onun nəticəsidir ki, İran gənc azərbaycanlı şairlər üzərində çirkin ciyasi
və məqsədli oyun qurub və bununla Azərbaycan tərəfini təziq və təhdid altında saxlamaq və hansısa şərtlərini qəbul etdirmək məqsədi güdür. Şairlərin 2 aylıq çək-çevirdən sonra yekunda Azərbaycan MTN-i ilə əlaqədə casusluqda ittiham olunması onu göstərir ki, İran bu məsələdə bütövlükdə Azərbaycan ictimaiyyətinə qarşı həqarət etməklə birlikdə, onun dövlətçiliyini də hədəfə alıb.
6. İran hakimiyyəti 2 ay müddətində başqa bir dövlətin iki şair vətəndaşını zorakılıqla yoxa
çıxarmış, onları rəsmi məlumat vermədən gizlədərək qanunsuz azadlıqdan məhrum etmiş,
onların vətəndaşı olduğu dövlətin verdiyi diplomatik notalara, əməkdaşlıq təkliflərinə
məhəl qoymamış, onların öz ölkələrinin rəsmiləri ilə görüşünü və vəkilləri ilə təminatını
əngəlləmişdir. Bununla İran hakimiyyəti beynəlxalq diplomatik və hüquq normalarını və
bəşəri təməl hüquqlarını kobud pozmaqla növbəti dəfə öz mahiyyətinə və beynəlxalq
aləmdə tanındıği mənfi imicinə uyğun olaraq qonşu Azərbaycana qarşı cılız oyun qurmuş
olub.
7. Bütün bunlar nəzərə alinaraq, belə bir ehtiyac duyulur ki, Azərbaycan ictimaiyyəti birlik və hökumətlə koordinasiya şəraitində şairlərin müdafiasilə bağlı güclü, intensiv mübarizə aparmalı, beynəlxalq birliyin bu aksiyalara qoşulmasına nail olmaqla İran hakimiyyətinin tezliklə günahsız gənc şairləri azad etməsinə nail olmalıdır.
8. İran hakimiyyətinin törətdiyi bu qanunsuzluq və özbaşınalıq barədə xüsusi beynəlxalq
təhqiqatın aparılmasına nail olmaq lazımdır. Şairlərə münasibətdə “İnsanları zorakılıqla
yoxa çıxarma” kimi Sülh və İnsanlıq Əleyhinə Cinayət əməli tərkibi olduğu üçün İranı
Beynəlxalq Haaqa Cinayət Məhkəməsinə vermək barədə qəti tədbirlər görülməlidir ki,
İran hakimiyyətinin bu cür özbaşınalıqlarınin qarşısı alınsın.
11-15 iyun, Bakı-Tehran-Bakı.
AB, İrlandiya və Kanada İranda edamların dayandırılmasına çağırdılar
İranda daha 19 bəluc həbs edilib
iranpərəstlər Azərbaycanın səfirliyi önündə təxribata cəhd edib
Şərqi Azərbaycanda yeraltı su ehtiyatları azalıb
İranda enerji idxalı yetərli olmasa, qışda elektrik stansiyalarında mazut yandırıla bilər
İranda daha bir bir bəluc güllələndi
İranda 34 etirazçı edam edilib- mai Sato
Tramp İranla uzunmüddətli müharibəyə yol verməyəcək- Vens
“The Telegraph”: Müctəba Xameneiyə məxsus olduğu iddia edilən London mənzilinin satışına mane olmağa çalışırlar
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
İran polisi daha bir bəlucu öldürdü
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN