SON XƏBƏRLƏR

İsrail məktəblərində Ərəb dili tədris olacaq

2021.10.20, 07:36
İsrail məktəblərində Ərəb dili tədris olacaq

Gunaz.tv

GünAzTv: İsraildə hakimiyyət dövlət məktəblərində ərəb dilinin tədrisini məcburi edən yeni təlim proqramı qəbul edəcək.

İsrail Təhsil nazirliyinin rəsmiləri deyir ki, "Ya Salam" adlanan yeni təşəbbüs dili mədəni körpüyə çevirmək və yəhudilərlə ərəblər arasında tolerantlığı artırmaq məqsədi daşıyır.

BBC-nin Yaxın Şərq şöbəsindən Şahzeb Cilianinin məlumatında deyilir ki, bu vaxtadək İsraildə ərəb məktəbliləri üçün ivrit dilini öyrənmək məcburi idisə, yəhudi məktəblilər üçün ərəbcəni əlavə dil olaraq öyrənmək könüllü idi.

Ancaq yeni tədris proqramına əsasən, yəhudi uşaqları üçün ərəb dili və mədəniyyətini 5-ci sinifdən başlayaraq öyrənmək artıq məcburi olacaq.

Rəsmilər deyir ki, yeni proqram hələlik İsrailin şimalındakı 170 məktəbdə həyata keçiriləcək. Daha sonra isə bütün ölkə ərazisində, dövlət məktəblərində ərəb dilinin öyrənilməsi məcburi olcaq.

Təhsil Nazirliyinin rəsmiləri hesab edir ki, bu yenilk uşaqların hansı mədəni mühitdə böyüməsindən asılı olmayaraq İsraildə bərabərliyi və tolerantlığı artıracaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar