SON XƏBƏRLƏR

Müsabiqə öncəsi Milli-mədəni fəallar ETTELAATa çağırılıblar

2021.10.20, 07:36
Müsabiqə öncəsi Milli-mədəni fəallar ETTELAATa çağırılıblar

Gunaz.tv

GünAzTv: Avqust ayının 23-dəki (şəhrivərin 1-i) “Traxtur-Mələvan” futbol müsabiqəsinə hazırlıq getdiyi günlərdə, Güney Azəybaycanın müxtəlif şəhərlərində Çağırış SMSləri, CDlər, Bildirişlər və bəyanatlar yayılmışdı.

 

Azərbaycanlıların bir yerə toplaşmasından vahiməyə düşən ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları, Urmu şəhərində bir neçə milli-mədəni fəal və jurnalisti telefon vasitəsi ilə təhdid edib, bəzilərini ETTELAATa çağırıblar.

 

Həmçinin ETTELAAT əməkdaşları müsabiqəyə bir neçə gün qalmış Təbriz, Kərəc və digər bir neçə böyük şəhərin tanınmış milli-mədəni fəallarını ETTELAAT idarəsinə çağırıb, onlardan qarşıdakı müsabiqədə tamaşaçılar qismində iştirak etməmələrini tələb ediblər.

 

ETTELAAT əməkdaşları bu barədə azərbaycanlı fəallardan imza alıb, sonra sərbəst buraxıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar