SON XƏBƏRLƏR

Türkiyə qardaş ölkə Pakistan üçün səfərbər olub

2021.10.20, 07:36
Türkiyə qardaş ölkə Pakistan üçün səfərbər olub

Gunaz.tv

GünAzTv: "Gözyaşları sel olmasın" kampaniyasına isə 4 gündə rekord miqdarda pul toplanıb. İndiyə qədər bu kampaniya çərçivəsində toplanan yardımın 10 milyon lirəni keçdiyi bildirilir.

 

Türkiyə sel fəlakətinin böyük zərər vurduğu Pakistana yardım üçün səfərbər olub.

 

Ankaradan Pakistana 10 milyon dollar nəğd pul, 3 milyon dollar dəyərində inşaat materialları, dərman, ərzaq, çadır çatdırılıb.

Səhiyyə Nazirliyi bölgəyə 2 mobil xəstəxana və 41 nəfərlik həkim qrupu göndərib.

 

"Gözyaşları sel olmasın" kampaniyasına isə 4 gündə rekord miqdarda pul toplanıb. İndiyə qədər bu kampaniya çərçivəsində toplanan yardımın 10 milyon lirəni keçdiyi bildirilir. Bununla yanaşı, kampaniya hesabında 338 min 500 dollar və 362 min də avro toplanıb.

 

Pakistanın Türkiyədəki səfiri Tarık Azuziddin Türk Qızılıayına təşəkkür ziyarəti edib. O, "Türkiyə xalqı və dövləti tərəfindən edilən yardımlara görə qürur duyuram və təşəkkür edirəm" deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar