SON XƏBƏRLƏR

İran prezidenti düşmən ordusunu çox zəif hesab edir

2021.10.20, 07:36
İran prezidenti düşmən ordusunu çox zəif hesab edir

Gunaz.tv

GünAzTv: İran prezidenti Mahmud Əhmədinejad İsrailin hərbi  müstəvidə İrana qarşı çıxmaq üçün çox zəif olduğunu bəyan edib.

O, Əl-Cəzirə telekanalına verdiyi müsahibədə İsrailin İrana hücum ehtimalının  uzaq olduğunu dilə gətirərək «İsrailin  bunu etmək üçün cəsarəti yoxdur və bu təhdidin ciddi olduğunu düşünmürəm» deyə İsraildən İrana qarşı hərbi  zərbə ehtimalını ələ salıb.

 

İran prezidenti «ABŞ-ın (Amerika Birləşmiş Ştatları) da İranla hərbi qarşıdurmaya girişməsinin bu ölkəyə fayda gətirməyəcəyini, körfəz ölkələrinin İrana hücum  başlatmaq üçün Amerika bazalarından istifadə edilməsinə icazə verməyəcəyini» ifadə edib. Əhmədinejad İrana  hücum halında «qərarlı bir cavab» veriləcəyini deyib. O həmçinin ABŞ-ın hərbi gücünü də ələ salmağı unutmayıb. İranın dövlət başçısı «İraqın kiçik  ordusunu belə məğlub edə bilməyən ABŞ-ın onların nüvə təsisatlarına  qarşı mümkün hücumundan qorxmadıqlarını  söyləyib: «İraqda kiçik bir ordu tərəfindən yenilən amerikalıların İran ordusu kimi böyük və təhsilli bir ordu ilə döyüşə girə biləcəyinə inanırsınızmı?». Bununla belə, o, ABŞ-a  dostluq münasibətləri təklif edib. Qeyd edək ki, Əhmədinejadın müsahibəsi Buşəhr AES-in işə salınmasından bir gün  sonraya təsadüf edib. Beynəlxalq ictimaiyyət məhz AES işə düşməzdən  əvvəl İsrailin bu obyekti yerlə-yeksan edəcəyini gözləsə də, Yerusəlimin  buna cürət etməyəcəyini düşünən müşahidəçilər haqlı çıxdı. Bir müddət əvvəl  rəsmi Tehran mümkün ABŞ və İsrail hücumlarına qarşı bütün imkanlardan istifadə edilərək cavab veriləcəyini, bölgədəki Amerika bazaları və İsrailin bütün nöqtəsinin hədəfə alınmasının  da bu cavaba daxil olduğunu bildirmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar