SON XƏBƏRLƏR

İranda Azərbaycanlı fəal-jurnalist həbs cəzasına məhkum edilib

2021.10.20, 07:36
İranda Azərbaycanlı fəal-jurnalist həbs cəzasına məhkum edilib

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanın Qoşaçay (Miyandoab) şəhərində fəaliyyət göstərən fəal jurnalist bir il həbs cəzasına məhkum edilib.

 

Cənab Sirus Gövhəri Mahabad (bu şəhəri əski adı Savucbulaq=Soyuqbulaq olub) şəhərinin Məhkəməsində mühakimə edilib. O millətçilikdə və pantürkizmdə ittiham olunub.

 

Müttəhim jurnalistlərə açıqlamasında məhkəmə qərarına etiraz olaraq vəsatət qaldırdığını bildirsə də, etirazın qəbul edilmədiyini bildirib.

 

Onun sözlərinə görə, bütün cəhdlərə rəğmən Məhkəmə tərəfindən ona heç bir yazılı hökm verilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar