SON XƏBƏRLƏR

“Traxtur-Mələvan” müsabiqəsi zamanı baş verən bəzi hadisələr...

2021.10.20, 07:36
“Traxtur-Mələvan” müsabiqəsi zamanı baş verən bəzi hadisələr...

Gunaz.tv

GünAzTv: Soydaşlarımız “Türk dilində mədrəsə - olmalıdır hər kəsə”, “Azərbaycan yurdumuz – Traxtur bozqurdumuz” və ... kimi milli şüarlar səsləndiriblər.

 

“Traxtur-Mələvan” müsabiqəsini izləmək üçün “Traxtur” tərəfdarlarının Səhənd satyomuna axışı zamanı Polis elektrik biletlərini kontrol edən aparatın pozulduğunu və Stadyomun (stadion) giriş hissəsində elektrik cərəyanının olmamasını bəhanə gətirərək, “Traxtur” tərəfdarlarını evə gedib və Televiziya vasitəsi ilə izləməyə təşviq edirmiş. Sonda isə stadyomda boş səndəlilərin olıduğu halda kimsəni Stadyoma buraxmayıblar. Yerlərin boş olmasını televiziya ekranında müşahidə etmək mümkün olub.

 

Əldə edilən məlumata görə, onminlərlə soydaşımız stadyomun çölundə qalıblar. Onlar “Türk dilində mədrəsə - olmalıdır hər kəsə”, “Azərbaycan yurdumuz – Traxtur bozqurdumuz” və ... kimi milli şüarlar səsləndiriblər.

 

Stadyom ətrafı xiyabanlarda İran Təhlükəsizlik Qüvvələri ilə soydaşlarımız arasında pərakəndə qarşıdurmaların olduğu bildirilir.

 

Son məlumata görə, stadyomun dərvazasına yaxın bir yerdə ən azı 10 soydaşımız Polis tərəfindən yaxalanıb. Onların kimliyi barədə hələlik heç bir məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar