SON XƏBƏRLƏR

“Traxtur” tərəfdarlarına maneçilik yaradılır

2021.10.20, 07:36
“Traxtur” tərəfdarlarına maneçilik yaradılır

Gunaz.tv

GünAzTv: Əldə edilən məlumata görə, İran Təhlükəsizlik Qüvvələri müxtəlif bəhanələrlə tamaşaçıları stadyoma (stadion) buraxmamağa çalışırlar.

 

Bu gün Təbrizin səhənd stadyomunda (stadion) Təbrizin “Traxtur” futbol komandası ilə Ənzəlinin “Mələvan” taxımı arasında saat 21:30-də başlayacaq müsabiqəyə bir neçə saat qalmış minlərlə “Traxtur” tərəfdarı bilet satılan məkanların önündə sıraya dayanıblar.

 

Əldə edilən məlumata görə, İran Təhlükəsizlik Qüvvələri müxtəlif bəhanələrlə tamaşaçıları stadyoma buraxmamağa çalışırlar.

 

Onlar elektrik biletlərini kontrol edən aparatın pozulduğunu və Stadyomun (stadion) giriş hissəsində elektrik cərəyanının olmamasını bəhanə gətirərək, “Traxtur” tərəfdarlarını evə gedib və Televiziya vasitəsi ilə izləməyə təşviq edirlər.

 

Məlumata görə, stadyom ətrafında ciddi təhlükəsizlik vəziyyət yaradılıb. Stadyoma artıq daxil olan Tamaşaçılar isə bu vəziyyətə “Azərbaycan bir olsun – istəməyən kor olsun” kimi milli şüarlarla cavab veriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar