SON XƏBƏRLƏR

İsveçrədə Güney Azərbaycana dəstək aksiyası keçirilib

2021.10.20, 07:36
İsveçrədə Güney Azərbaycana dəstək aksiyası keçirilib

Gunaz.tv

GünAzTv:  2010-cu il avqust ayının 21-də  (mordadın 30-u) İsveçrənin Zürix şəhərində iranın panfarsist rejiminə qarşı etiraz aksiyası keçirilib.

 

Aksiyada İranda keçmiş 80 il müddətində fars rasizminin qeyri fars millətlərə özəlliklə çoxunluqda olan Güney Azərbaycan türklərinə qarşı apardığı rasizm siyasəti pislənilib. Həmçinin İranın rəsmi telekanalından Azərbaycan Türklərinə qarşı edilən təhqiramiz görüntülərin yayımlanması və naməlum səsbəbdən həbsdə saxlanılan milli-mədəni fəalların qeyd-şərtsiz azad edilmələri tələb olunub.

 

Yerli əhalini vəziyyətlə bağlı məlumatlandırmaq üçün aksiyaçılar tərəfindən çoxsaylı yazılı kağazlar yayılıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar