SON XƏBƏRLƏR

Azərbaycan xalq mahnıları Növbəti dəfə erməni mahnısı kimi təqdim olunub

2021.10.20, 07:36
Azərbaycan xalq mahnıları Növbəti dəfə erməni mahnısı kimi təqdim olunub

Gunaz.tv

GünAzTv: Mədəniyyət və Turizm Nazirliyi, Müəllif Hüquqları Agentliyi məsələ ilə bağlı araşdırma aparacaqlar.

 

Ermənilər Azərbaycan mahnılarını oğurlamaqda davam edirlər. Avqustun 22-də axşam saatlarında Rusiyanın “Mir” televiziyasında erməni musiqiçilərinin konserti nümayiş etdirilib.

Konsertdə çıxış edən erməni musiqiçiləri arasında “Eurovision-2010” müsabiqəsində təmsilçi Eva Rivasla səhnəyə çıxan və müğənnini Azərbaycanın milli musiqi aləti olan balabanda müşayiət edən Civan Qasparyan da olub. Hər addımlarında Azərbaycan musiqisini erməni musiqisi kimi təqdim edən ermənilər bu dəfə də bu hərəkəti təkrarlanmaqdan çəkinməyiblər. Bu dəfə də erməni musiqiçiləri Azərbaycanın xalq mahnıları “Ay Laçın”, “Sarı gəlin” və daha bir neçə bəstəkar mahnılarını erməni musiqisi olaraq ifa ediblər.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycan Müəllif Hüquqları Agentliyindən verilən açıqlamada məsələ ilə bağlı araşdırma aparılacağı bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar