SON XƏBƏRLƏR

İran prezidenti Amerika və İsrailə eyni tonla cavab verib

2021.10.20, 07:36
İran prezidenti Amerika və İsrailə eyni tonla cavab verib

Gunaz.tv

GünAzTv: Biz də onlara bütün variantların masada olduğunu deyirik. Bu sözləri İran prezidenti Mahmud Əhmədinejad deyib.

 

İran prezidenti Mahmud Əhmədinejad ABŞ (Amerika Birləşmiş Ştatları)  və İsrailin "bütün variantlar masadadır" təhdidinə eyni tonla cavab verib.

 

Müdafiə Sənayesi Günü törənlərində çıxış edən Əhmədinejad bildirib ki, İran müdafiədə ona hücum etməyi düşünənləri bu fikirdən daşındıracaq səviyyəyə çatmalıdır.

 

ABŞ və İsrailin "İrana qarşı bütün variantlar masadadır" təhdidini xatırladan Əhmədinejat "Biz də onlara bütün variantların masada olduğunu söyləyirik" deyib.

 

İran prezidenti ehtimal olunan hücumlara cavablarının müəyyən bir coğrafiya ilə məhdudlaşmayacağını bildirib.

 

İranın iddia etdiyi uzun mənzilli ilk insansız döyüş təyyarəsinin tanıtımı da Əhmədinejdın qatıldığı törəndə keçirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar