SON XƏBƏRLƏR

“26 avqust” Beynəlxalq Azərbaycan Muğamı Günü elan olundu

2021.10.20, 07:36
“26 avqust” Beynəlxalq Azərbaycan Muğamı Günü elan olundu

Gunaz.tv

GünAzTv: 26 avqust tarixi Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək yolu üzərində yerləşən ölkələrin musiqisi günü elan olunub.

Bu barədə qərar Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən beynəlxalq Niaqara musiqi festivalının rəhbərliyi tərəfindən qəbul olunub.

GünAzTv mətbuat mərkəzinin “Radio antenn”-ə istinadən yaydığı məlumata görə, Festivalın Azərbaycan üzrə rəhbəri, Bakı Musiqi Akademiyasının dosenti Mikayıl Hacıyev bildirib ki, bundan sonra hər il avqustun 26-da Niaqarada Azərbaycan muğamları səslənəcək. Avqustun 24-dən 28-dək isə Torontoda və Niaqarada keçiriləcək 12-ci beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycanın simfonik musiqisi və muğamı günləri təşkil olunacaq. Konsertlər çərçivəsində "Qarabağ şikəstəsi", "Cahargah", "Heyratı" muğamları ilə yanaşı, Üzeyir Hacıbəylinin, Cövdət Hacıyevin, Qara Qarayevin, Müslüm Maqomayevin və digər klassiklərimizin əsərləri Kanadanın "İpək yolu" kamera orkestrinin ifasında səsləndiriləcək. Musiqi günləri çərçivəsində ilk dəfə olaraq Toronto və Niaqara şəhərlərində məşhur heykəltəraş, akademik Ömər Eldarovun əsərlərinin fotoşəkillərindən ibarət sərgilərinin də təşkili nəzərdə tutulur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar