SON XƏBƏRLƏR

İranla bağlı daha bir iddia

2021.10.20, 07:36
İranla bağlı daha bir iddia

Gunaz.tv

GünAzTv: Amerikalı general bildirib ki, Tehran İraqdakı radikal şiələrə maliyyə yardımı edir.

 

ABŞ-ın İraqdakı qüvvələrinin komandanı, general Ray Odierno İranın İraqda güclü demokratiyanın qurulacağı qorxusuyla bu ölkədəki radikal qrupları maaliyyələşdirdiyini iddia edib.

 

Odierno bir Amerika televiziyasına verdiyi açıqlamada İranın İraqdakı radikal şiələrə maliyyə yardımı etdiyini və onlara təlim keçdiyini söyləyib.

 

İranın İraqın sağlam demokratik ölkə olmasını istəmədyini qeyd edən Odierno "Tehran İraqda gələcəkdə ona problem yaratmayacaq zəif hökumət görmək istəyir" deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar