SON XƏBƏRLƏR

Gürcüstan Azərbaycanla Konfederasiya qurmağa çalışır

2021.10.20, 07:36
Gürcüstan Azərbaycanla Konfederasiya qurmağa çalışır

Gunaz.tv

GünAzTv: Gürcüstan və Azərbaycan arasında konfederasiyanın və ya əməkdaşlığın digər forması yaradılacağı iki ölkə arasında diplomatik danışıqların mövzusudur. Bu barədə cümə günü Tiflisdə Gürcüstanın xarici işlər nazirinin müavini Nino Kalandadze bildirib.    Gürcüstan və Azərbaycan arasında konfederativ qarşılıqlı münasibətlərin formalaşmasının mümkünlüyü iyulda prezident İlham Əliyevin Batumiyə səfəri zamanı prezident Mixail Saakaşvili tərəfindən səslənib. O vaxtdan bu məsələ həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda müxtəlif cür qiymətləndirilir və reaksiya doğurur.    "Gürcüstan və Azərbaycan kimi kiçik ölkələr öz regional münasibətlərini, o cümlədən təhlükəsizlik sahəsində münasibətlərini inkişaf etdirməlidir. Biz müəyyən ümumi fəaliyyət planının və əməkdaşlığın gələcək inkişafı üçün çərçivənin yaradılmasını alqışlayırıq" - Kalandadze vurğulayıb.    Onun sözlərinə görə, bu mərhələdə söhbət hüquqi çərçivədən gedir. Bu formatda bütün sahələrdə əməkdaşlıqdan danışmaq olar. "Bu təşəbbüs artıq irəli sürülüb, qalanı ikitərəfli diplomatik danşıqlardan asılıdır" - nazir müavini vurğulayıb.    Qeyd edək ki, rəsmi Bakı bu təşəbbüsə münasibət bildirməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar