Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Rusiya-Ermənistan sövdələşməsindən sonra ərazi bütövlüyümüzün hərbi yolla tam bərpası planı aktuallığını itirir.
Ötən həftə Rusiyanın Ermənistandakı hərbi bazasının dislokasiya müddətini uzadan və statusunu dəyişdirən razılaşma müxtəlif yönlərdən geniş müzakirə olunmaqdadır. Xatırladaq ki, Ermənistandakı Gümrü bazasının dislokasiya müddəti 2044-cü ilədək uzadılıb, həmçinin orada yerləşən Rusiya qüvvələrinin üzərinə Ermənistan silahlı qüvvələri ilə birlikdə bu ölkənin təhlükəsizliyini təmin etmək öhdəliyi qoyulub.
Rusiya tərəfindən Ermənistana müasir silahların və texnikanın verilməsi də razılaşmada əksini tapıb. Açıq-aşkar görünür ki, Moskva ilə İrəvan bu müqaviləni məhz Azərbaycanın öz ərazi bütövlüyünü hərbi yolla təmin etmək imkanlarını məhdudlaşdırmaq məqsədilə imzalayıblar. Prezident Dmitri Medvedevin İrəvana səfəri ərəfəsində Kremldən verilən mesajlar da bunu təsdiqləyirdi. Rusiya bölgədə hərbi balansın sürətlə Azərbaycanın xeyrinə dəyişməsini görürdü və Ermənistanın öz hesabına bununla ayaqlaşmaq iqtidarında olmadığını yaxşı bilirdi. Belə bir vaxtda Rusiya Gümrü bazası üzərindən gediş edərək Ermənistanda Azərbaycanın hərbi potensialının güclənməsi ilə bağlı son vaxtlar açıq-aydın müşahidə edilən narahatlıqları aradan qaldırmış olur. Təsadüfi deyil ki, müqavilənin imzalanması mərasimində prezident Serj Sərkisyan rusiyalı həmkarının hüzurunda tez-tez müti təbəssümlə gülümsəyib öz sahibinə təşəkkürünü ifadə edirdi.Lakin rəsmi Bakının da bu sövdələşməyə reaksiyası maraqlıdır. Medvedevin səfəri ərəfəsində Bakıda Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlığı yeniləyən və qarşılıqlı yardımı nəzərdə tutan müqavilə imzalandı. Ancaq bu sənəd ictimaiyyətə açıqlanmadı. Eyni zamanda Azərbaycan tərəfi Rusiya-Ermənistan hərbi müqaviləsinə olduqca ehtiyatlı və formallıqdan uzağa getməyən reaksiya verdi. Hakimiyyət düşərgəsindən verilən şərhlərdə isə qeyd olundu ki, bu müqavilə Azərbaycana qarşı yönələ bilməz. Çünki Azərbaycan işğal olunmuş əraziləri qaytarmaq üçün hərbi əməliyyatları özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində aparmağı nəzərdə tutur və Ermənistana hücum etməyi planlaşdırmır. Nəzəri baxımdan məsələyə belə yanaşmaq mümkündür. Lakin reallıq başqadır və belə görünür, İrəvanda imzalanmış müqavilə Azərbaycanın Qarabağı geri qaytarmaq və ərazi bütövlüyünü bərpa etmək üçün hazırladığı hərbi planı qüvvədən salır. Azərbaycan Müdafiə Nazirliyinin hərbi əməliyyatların planlaşdırılması idarəsi tərəfindən Qarabağda mümkün hərbi əməliyyatların bir neçə ssenarisi hazırlanıb və bu ssenarilərdən ən çox üstünlük veriləni irimiqyaslı hücum əməliyyatlarını nəzərdə tutan plandır. Həmin plana əsasən bir neçə ay əvvəl Azərbaycan ordusu irimiqyaslı hərbi təlimlər də keçirib. Bu, bütün qoşun növlərinin cəlb olunacağı əməliyyat planıdır. Prezident İlham Əliyev həmin təlimlərə cəlb olunmuş hərbçilər qarşısında çıxışı zamanı silahlı qüvvələrin bütün qoşun növlərini cəlb etməklə vətən müharibəsinə hazırlıq getdiyi haqda danışıb. Plana əsasən, Azərbaycan ordusu cəbhə xəttində bütün istiqamətlərdən işğalçı qüvvələrin mövqelərinə hücuma keçməli və hərbi əməliyyatları məntiqi sonluqla - ölkənin ərazi bütövlüyünün tam bərpası ilə, yəni Dağlıq Qarabağ bölgəsi də daxil, erməni işğalı altındakı bütün əraziləri qaytarmaqla yekunlaşdırmalıdır. Ancaq müdafiə naziri Səfər Əbiyev bu planı indi masasının üzərindən götürüb rəfə qoya bilər. Çünki onun tətbiqi Rusiya ilə müharibəyə girməyə bərabər olacaq. Heç bir şübhə yoxdur ki, Azərbaycan sözügedən plan əsasında hərbi əməliyyatlara başlasa, Ermənistan həm öz ərazisindən cavab həmlələrinə cəhd edəcək, həm də Qarabağdakı işğalçı qüvvələrini dəstəkləmək üçün bölgəyə əlavə qüvvə və texnika yeridəcək. Hərb qanunları tələb edir ki, Azərbaycan bu variantda düşmən ölkənin ərazisinə istər preventiv, istərsə də cavab zərbələri endirsin. Bu zaman aviasiya və uzaq mənzilli artilleriya sistemlərinin tətbiqi qaçılmazdır. Hərbi əməliyyatların bu cür inkişafı dərhal Rusiyanın Ermənistandakı bazası vasitəsilə müharibəyə qoşulmasına əsas verəcək. Gümrüdəki rus qoşunları və texnikası Qarabağa yeridilməsə belə, onun Ermənistan-Azərbaycan sərhədləri boyu tətbiqi tamamilə real görünür. Rusiyaya münasibətdə olduqca ehtiyatlı və praqmatik siyasət yeridən Azərbaycan rəhbərliyi proseslərin bu cür inkişafına yol verməzdi. Ona görə də Rusiya-Ermənistan müqaviləsinin bölgədə irimiqyaslı hərbi əməliyyatları istisna etdiyi barədə Moskvadan verilən şərhlər ciddi arqumentlərə söykənir. Xarici işlər naziri Sergey Lavrov isə açıq deyib ki, Azərbaycan tərəfindən səslənən müharibə bəyanatları ancaq daxili ictimai rəyə hesablanıb və Rusiya bölgədə yeni genişmiqyaslı müharibənin baş verməyəcəyinə arxayındır.Bəs bütün bunlar Qarabağda yeni savaşı tam istisna edirmi? Bölgədə cərəyan edən prosesləri yaxından izləyən ekspertlər qeyd edir ki, Gümrü bazasına dair yeni müqavilə Azərbaycanın manevr imkanlarını məhdudlaşdırır, ancaq tam aradan qaldırmır. Belə görünür ki, Azərbaycan Müdafiə Nazirliyinin hərbi planlaşdırıcıları Qarabağda hərbi əməliyyatların digər variantına - lokal müharibə ssenarisinə diqqəti cəmləməlidir. Lokal hərbi əməliyyatların mümkünlüyü haqda söz-söhbətlər yeni deyil. Nəzəri olaraq söhbət elə hərbi əməliyyatlardan gedə bilər ki, Azərbaycan böyük sayda qüvvə və texnika cəlb etmədən işğalçı qüvvələrə qəfil həmlələr edib cəbhə xəttinin müəyyən qədər dəyişməsinə nail ola bilər. Məsələn, belə əməliyyat zamanı Azərbaycanın Türkiyə, İsrail və ABŞ təlimatçıları tərəfindən hazırlanmış elit xüsusi təyinatlı qüvvələri aviasiyanın dəstəyi ilə düşmən mövqelərinə sərrast zərbələr endirməklə onu bir neçə istiqamətdən geri oturdur. Bu cür qəfil zərbələr ərazisinin bir hissəsi Azərbaycanın nəzarətində olan Ağdam və Füzuli rayonlarından, eləcə də Tərtər istiqamətindən edilə bilər.Kremlin keçmiş siyasi texnoloqu, prezident administrasiyasının keçmiş məsul işçisi Modest Kolerov da Gümrü bazasına dair müqavilənin imzalanmasından sonra yaranan situasiyanı “Vesti.az”a şərh edərkən deyib ki, əgər Azərbaycan danışıqların tükəndiyini görüb hərbi əməliyyatlara əl atsa, Qarabağda yeni müharibə 3-5 gündən çox çəkməyəcək. Onun fikrincə, belə müharibə nəticəsində cəbhə xətti də əhəmiyyətli şəkildə dəyişməyəcək. Kolerova görə, başqa variant mümkün deyil. Əvvəllər Rusiya çevrələrində belə məlumatlar ötürülürdü ki, Kreml Azərbaycanın Qarabağda lokal müharibə aparmasına yaşıl işıq yandıra bilər. Gümrü bazasına dair razılaşmaya Bakının olduqca sakit reaksiyası belə deməyə əsas verir ki, Rusiya ilə belə müzakirələr həqiqətən aparılıb və ola bilsin anlaşma da əldə edilib. Lakin bir məsələyə diqqət yetirmək vacibdir: Rusiya heç vaxt imkan verməzdi ki, Azərbaycan lokal xarakterli hərbi əməliyyatlarla çox irəli getsin və nəticədə onun müttəfiqi Ermənistanın danışıqlar prosesində mövqeyi əhəmiyyətli dərəcədə zəifləsin. Əgər bu ssenari işə düşsə, gözləmək olar ki, Rusiya əvvəlcədən qurulmuş plan üzrə dərhal situasiyaya müdaxilə edəcək, hərbi əməliyyatların genişlənməsinə imkan verməyəcək və Kolerovun dediyi kimi, ən çoxu 3-5 günə lokal müharibəni dayandıracaq. Ardınca istər Moskvanın, istərsə də Qərbin təzyiqləri altında tərəflər yenidən danışıqlar masası arxasına keçərək hazırda müzakirə edilən planı - yenilənmiş Madrid prinsiplərini qəbul edəcəklər. Rusiya isə bölgəyə sülhməramlı qüvvələrini yerləşdirəcək. Başqa sözlə, 3-5 günlük lokal müharibə Azərbaycana çox şey qazandırmayacaq və ancaq ona kömək edəcək ki, Ermənistan indiki şərtlərdə belə ona xeyli məqbul görünən planı imzalasın. Musavat
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu