SON XƏBƏRLƏR

Öyrənci fəal Təbriz zindanına köçürülüb

2021.10.20, 07:36
Öyrənci fəal Təbriz zindanına köçürülüb

Gunaz.tv

GünAzTv: Azərbaycanlı öyrənci fəal cənab Yunis Süleymani Təbriz zindanına köçürülüb.

 

Cənab Süleymanı Həmədanın Buəli Sina universitetinin tanınmış öyrənci fəalı, adını çəkdiyimiz universitetin türk dili ocağının keçmiş məsulu və “Ildırım” dərgisinin müdir məsuludur. O 2010-cu il iyun ayının 17-də (xordadın 27-i) Ərdəbildə yaxalanıb və Təbriz ETTELAATına (İran Kəşfiyyat Nazirliyi) köçürülmüşdü.

 

Hepatit xəstəliyindən əziyyət çəkən adını çəkdiyimiz öyrənci fəal Təbriz ETTELLATında saxlanılan zaman elektrik şok işgəncələri nəticəsində ürək infarktı keçirib və İran İnqilab Keşikçilərı Korpusunun (SEPAH) xəstəxanasında müalicə olunurdu. Nisbi sağalmadan sonra yenidən sorğu-suala tutlmaq üçün bir dada  Təbriz ETTELAATına köçürülmüşdü.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar