SON XƏBƏRLƏR

Ərtələnən yarışın başlanmasına bir neçə saat qaldı

2021.10.20, 07:36
Ərtələnən yarışın başlanmasına bir neçə saat qaldı

Gunaz.tv

GünAzTv: Müsabiqə 24 saat ərtələnərək avqust ayının 23-də (şəhrivərin 1-də) keçiriləcək. Təbrizin “Traxtur” futbol komandası haqqında Futbol Federasiyası tərəfindən çıxarılan ədalətsiz qərardan sonra “Traxtur” taxımı yenidən tamaşaçılar arasında öz rəqibi ilə qarşılaşacaq.

 

Bu müsabiqə xüsusi əhəmiyyət kəsb edir. Artıq  2010-cu il avqust ayının 22-də (mordadın 31-i) milli komandamız “Traxtur”-la Ənzəlinin “Mələvan” komandası arasında kəçiriləcək müsabiqə həftələrdir ki soydaşlarımız tərəfindən gözlənilir. Ona görə ki, iyul ayının 27-də (mordadın 5-i) “Traxtur-Perspolis” müsabiqəsi zamanı Tehranın Azadi stadyomunda (stadion) “Perspolis” tərəfdarları və fars şovinistləri millətimizi aşağılayan şüarlar vermiş, o şüarlar İran telekanalında yayımlanmış və bütün bunlara baxmayaraq İran Futbol Federasiyası “Traxtur”un əleyhinə Qərar çıxardaraq “Traxtur” tamaşaçılarını 3 dəfə öz komandalarını izləmək hüququndan məhrum etmişdi.

Bunun ardınca Azərbaycanı etirazlar bürüdü. Avqustun 1-i (mordadın 10-u) Təbrizdə Etiraz Aksiyası oldu. 50 nəfərə yaxın soydaşımız İran Təhlükəsizlik Qüvvələri tərəfindən tutuqlanıb həbs olundu. Sonra isə mülki vəsiqə qarşılığında azadlığa buraxıldılar.

Bütün bunları nəzərə alaraq “Traxtur-Mələvan” müsabiqəsi zamanı yekdillik nümayiş etdirməyimiz gərəkir. Artıq bu haqda Azərbaycanın müxtəlif şəhərlərindəki milli-mədəni fəallar, sinfi qurumlar, Kütləvi İnformasiya Vasitələri, mədəni təşkilatlar bəyanat yayaraq xalqımızı bu müsabiqədə aktiv olmağa çağırıblar.

 

müsabiqə:

Məkan: Təbriz - Səhənd Stadyomu (stadion)

Zaman: avqustun 23-ü (şəhrivərin 10-) - Təbriz vaxtı ilə saat 21:30-da

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar