SON XƏBƏRLƏR

Mehdi Kərrubi: Hakimiyyətin dini və ya qeyri-dini olub-olmamasına xalqın özü qərar verməlidir

2021.10.20, 07:36
Mehdi Kərrubi: Hakimiyyətin dini və ya qeyri-dini olub-olmamasına xalqın özü qərar verməlidir

Gunaz.tv

GünAzTv: İran müxalifətinin liderlərindən olan Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi avqustun 19-da jurnalistlərə açıqlamasında Ramazan ayının son cüməsinə düşən “Qüds günü” yürüşünə qatılacağını bildirib.

“Qüds günü” ilk dəfə 1982-ci ildə İran islam inqilabının lideri ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək məqsədilə keçirilib. O vaxtdan bu cür təbdirlər hər Ramazanın sonuncu cümə günü keçirilir.

GünAzTv mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə, vətəndaşları “Qüds günü” yürüşünə qatılmağa çağıran Mehdi Kərrubi daxili siyasi problemlərə toxunub: “Hakimiyyətin dini və ya qeyri-dini olub-olmamasına xalqın özü qərar verməlidir. Xalq özünə hansı hakimiyyət növü seçsə, mən ona tabe olacağam. Bu gün İranda iş başında olan hakimiyyət nə xalqa və cümhuriyyət əsaslarına söykənir, nə də dinə. Hakimiyyəti ələ keçirən siyasi cərəyan xalqın mənafe və tələblərinə məhəl qoymur, öz istədiyini edir. Yox, bu, xalqın 31 il əvvəl səs verib istədiyi sistem deyil. Xalqın o vaxt seçib iş başına gətirdiyi hakimiyyət artıq mövcud deyil”.

Müxalif lider konstitusiyanın icrasına çalışmağın zəruri olduğunu vurğulayıb: “Bu gün konstitusiyanın xalqın mənafe və hakimiyyət haqqından danışan mühüm bir hissəsi pozulur. Əgər ciddi və ədalətli bir parlament və məhkəmə sistemimiz olsaydı, uşaqlarımız zindanlarda işgəncəyə məruz qalmazdılar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar