SON XƏBƏRLƏR

Buşehr atom elektrik stansiyası fəaliyyətə başladı

2021.10.20, 07:36
Buşehr atom elektrik stansiyası fəaliyyətə başladı

Gunaz.tv

GünAzTv: İranın Fars körfəzi sahillərində yerləşən Buşehr atom elektrik stansiyası fəaliyyətə başladı.

 

İranın Buşəhr atom elektrik stansiyası bu gün fəaliyyətə başlayıb. Stansiyada istilikayırıcı qurğuların ilk enerji blokuna qoşulmasına həsr olunmuş təntənəli mərasim keçirilib.Mərasimə İranın vitse-prezidenti Əli Əkbər Salehi və “Rosatom”un rəhbəri Sergey Kiriyenko da qatılıb. İlin sonuna kimi Buşəhr AES-in layihə gücü həcmində fəaliyyət göstərəcəyi proqnozlaşdırılır.Xatırladaq ki, Buşəhr AES-in tikintisinə ötən əsrin 70-ci illərində başlanılıb. 1995-ci ildə İran Rusiya ilə layihənin sona çatdırılması barədə müqavilə imzalayıb. O zaman stansiyanın tikintisinin 1999-cu ildə başa çatdırılması nəzərdə tutulsa da, bu müddət ən müxtəlif texniki və siyasi səbəblər 2010-cu ilə kimi uzanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar