SON XƏBƏRLƏR

İran geri oturur

2021.10.20, 07:36
İran geri oturur

Gunaz.tv

GünAzTv: Əhmədinejad ABŞ-a (Amerika Birləşmiş Ştatları)  dialoq təklif etdi. «Nüvə yanacağı təmin edilərsə, uranın 20 faiz zənginləşdirilməsi proqramını dayandırmağa söz veririk». Bunu Əhmədinejad bildirib.

 

GünAzTv mətbuat mərkəzinin “Bizim Yol”-a istinadən yaydığı məlumata görə, İran prezidenti Mahmud Əhmədinejad ölkəsinin Qərb dövlətləri ilə nüvə yanacağı mübadiləsi ilə bağlı məsələləri müzakirə etməyə hazır olduğunu açıqlayıb. Yaponiyanın nüfuzlu «Yomiuri Şimbun» qəzetində dünən dərc edilmiş bir xəbərə görə, Əhmədinejad İranın avqustun sonu və ya sentyabrın əvvəlində BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü - ABŞ, Böyük Britanya, Fransa, Rusiya, Çin və bunlardan əlavə Almaniyadan ibarət «5+1» qrupu ilə İrandakı tibbi araşdırma reaktoruna yanacaq təminatı mövzusunda müzakirələrə yenidən başlaya biləcəyini bəyan edib.

 

İran prezidenti «Nüvə yanacağı təmin edildiyi halda uranın 20 faiz nisbətində zənginləşdirilməsi proqramını dayandırmağa söz veririk» deyə bildirib. Ölkəsinin uranı zənginləşdirməyə haqqının olduğunu vurğulayan ölkə başçısı «İran heç bir zaman nə müharibəyə başlayıb, nə də nüvə bombasına sahib olmaq istəyir» deyə Tehranın mövqeyini ifadə edib. Əhmədinecat nüvə proqramı mövzusunda İran xalqının qarşılıqlı hörmət prinsiplərinə söykənən, dürüst bir dialoqa tərəfdar olduğunu dilə gətirib. Amma o, həmişəki kimi bu dəfə də Qərbin ünvanına tənqidlər  səsləndirməyi unutmayıb. İran prezidenti «Təəssüf ki, Qərb dövlətləri hələ də dialoqda üstünlüyü təmin edə bilmək üçün təhdid variantlarından istifadə edirlər. Buna isə dialoq demək olmaz, çünki dialoq qarşılıqlı razılaşma deməkdir, hədə-qorxu gəlmək deyil» deyə Qərbin davranışını tənqid edib. Xatırladaq ki, İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyi bundan bir gün əvvəl verdiyi və televiziya vasitəsilə canlı olaraq yayımlanan açıqlamasında nüvə proqramı mövzusunda sanksiyalar və hərbi təhdidlər aradan qalxmayınca İranın ABŞ-la müzakirələrə qoşulmayacağını bəyan etmişdi. İran nüvə proqramını mülki və sülh məqsədləri üçün nüvə enerjisi istehsal etmək niyyəti ilə işə saldığını iddia edir. Qərb dövlətləri isə İranın səmimiliyinə şübhə edərək Tehranın nüvə silahı əldə etməyə çalışdığını düşünürlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar