SON XƏBƏRLƏR

Amerika İrana qarşı müharibəyə əsas verən fotoşəkillər yayıb

2021.10.20, 07:36
Amerika İrana qarşı müharibəyə əsas verən fotoşəkillər yayıb

Gunaz.tv

GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları) İranın nüvə reaktorunun fotoşəklini yayıb. 2,5 kvadrat kilometr  sahəni əhatə edən  reaktorun şəklini  «GeoEye-1» adlı  peyk çəkib.

 

Amerika Birləşmiş  Ştatları Mərkəzi Kəşfiyyat Agentliyi nüvə, kimyəvi, bioloji silahların və texnologiyanın yayılmasını maneə  törətmək üçün yeni Nüvə Silahlarının Yayılmaması Mərkəzini yaradıb. Mətbuat mənsublarının qarşısına  «GeoEye-1» adlı peykin çəkdiyi fotoşəkillərlə çıxan MKİ direktoru Leon Panetta  «2002, 2004 və 2009-cu illərində Natanz şəhərində  çəkilmiş bu fotoşəkil İranın yeni bir nüvə təsisatı qurduğunu təsdiqləyir» deyə bildirib.

 

Panettanın verdiyi  məlumatlara görə, 2002-ci ildə çəkilən  ilk fotoşəkildə təsisatın qurulacağı yerdə geniş bir çuxur qazılır, 2004-cü ildə çəkilmiş ikinci fotoşəkildə  təsisatın qurulması əməliyyatı tamamlanır. Böyük qismi yerin  altında yerləşən təsisatın üstünü boz rənglə rəngləyiblər. 2009-cu ildə çəkilən son fotoşəkildə isə  təsisatın üstü betonla örtülüb. Yığıncaqda həmçinin «GeoEye-1» adlı peykin İranın bir  başqa şəhəri olan Buşəhrdə yerləşən nüvə reaktorunun fotoşəkli də göstərilib. Reaktor komleksi 2,5 kvadrat kilormetr  ərazini əhatə edir. Komleks quraşdırma salonları, reaktorlardan körfəzə  axan suyun soyudulması üçün beton  kanallar, həmçinin reaktorun inşası və fəaliyyəti üçün lazım olan xarici materialların yüklənib-boşaldılması üçün limandan ibarətdir. MKİ-nin yeni mərkəzi işə salması məhz Buşəhr SES-in yaxın günlərdə işə düşəcəyi ilə bağlıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar