SON XƏBƏRLƏR

Təbriz “Bələdiyyə” komandası öz rəqibinə qalib gəldi

2021.10.20, 07:36
Təbriz “Bələdiyyə” komandası öz rəqibinə qalib gəldi

Gunaz.tv

GünAzTv: Dünən Təbriz vaxtı ilə saat 21:45-də keçirilən müsabiqədə Təbrizin “Bələdiyyə”  komandası Abadanın “Neft” taxımına (3 – 2) nəticəsi ilə qalib gəlib.

 

Təbrizin Səhənd satdyomunda (stadion) keçirilən müsabiqənin birinci hissəsində hər komanda tərəfindən 1 qol vurulub. Lakin ikinci hissədə Bələdiyyə komandası 2, rəqib komanda isə 1 qol vurublar. bununlada müsabiqə (3 – 2) nəticəsi ilə Təbrizin Bələdiyyə komandasının xeyirinə yekunlaşıb.

 

Bu müsabiqədə də yarışı izləyən onminlərlə soydaşımız (tamaşaçıların sayı barədə hələlik müxtəlif məlumatlar var) xüsusi yekdillik və birlik nümayiş etdiriblər.

 

“Bələdiyyə” komandası bu qələbəni əldə etdikdən sonra 4 imtiyazlı olub və cədvəlin 16-cı yerinə yüksəlib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar