SON XƏBƏRLƏR

Rəsmi Bakı Rusiya-Ermənistan Arasında imzalanan protokola münasibət bildirdi

2021.10.20, 07:36
Rəsmi Bakı Rusiya-Ermənistan Arasında imzalanan protokola münasibət bildirdi

Gunaz.tv

GünAzTv: Rəsmi Bakı ümid edir ki, Moskva Ermənistandakı Rusiya bazasının resurslarından və silahlarından Azərbaycana qarşı istifadə etməməklə bağlı öhdəliyinə sadiq qalacaq.

 

Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elxan Poluxov deyib. Onun sözlərinə görə, Rusiya bazaları Gürcüstandan çıxarılarkən Kreml üzərinə öhdəlik götürüb ki, Gümrüdəki 102-ci hərbi bazaya verilən silahlardan heç bir halda Azərbaycana qarşı istifadə edilməyəcək.

Xəbər verildiyi kimi, Rusiya və Ermənistan arasında Gümrüdəki Rusiya hərbi bazasının fəaliyyət müddətinin uzadılması ilə bağlı sənəd imzalanıb. Əvvəllər mövcud olan müqaviləyə görə, hərbi baza 1995-ci ildən başlamaqla 25 il fəaliyyət göstərməli idi. Bu gün imzalanan sənəd isə bazanın fəaliyyət müddətinin 49 ilədək (1995-ci ildən başlamaqla) uzadılmasını nəzərdə tutur. Qeyd edək ki, Ermənistanın şimalındakı Gümrü şəhərində Rusiyanın 102-ci diviziyası yerləşir. Bazada S-300 zenit-raket kompleksi və Miq-29 qırıcıları var. Bazanın şəxsi heyəti 5000 nəfərə yaxındır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar