SON XƏBƏRLƏR

Rusiya-Ermənistan arasında gözlənilən protokol imzalandı

2021.10.20, 07:36
Rusiya-Ermənistan arasında gözlənilən protokol imzalandı

Gunaz.tv

GünAzTv:  Moskva bu məqsədlə Ermənistanı müasir silahlar və xüsusi hərbi texnika ilə təchiz edəcək.

 

GünAzTv: Ermənistan və Rusiya müdafiə nazirləri avqustun 20-də protokol imzalayıblar. Protokola görə, Rusiyanın Ermənistandakı hərbi bazası federasiyanın maraqlarının müdafiəsindən başqa Ermənistan Respublikasının təhlükəsizliyini təmin edir, Moskva Ermənistan Respublikasının müasir və uyğun silahlar, hərbi (xüsusi) texnika ilə təminatının gerçəkləşməsində yardımçı olur. Rusiya hərbi bazasının Ermənistanda mövcudluğu 2044-cü ilədək uzadılır. Sənəd Rusiya prezidentinin Ermənistana dövlət səfəri çərçivəsində imzalanıb. Təkbətək görüşdən sonra Ermənistan və Rusiya prezidentləri nümayəndə heyətlərinin iştirakı ilə bir araya gəliblər. Avqustun 20-də Yerevanda keçirilən görüşdə Rusiya tərəfdən xarici işlər naziri Sergey Lavrov, prezident köməkçisi Sergey Prixodko, Ermənistandakı səfir Vyaçeslav Kovalenko, nəqliyyat naziri İqor Levitin, müdafiə naziri Anatoli Serdyukov, “Rosatom”un rəhbəri Sergey Kiriyenko, Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Agentliyin direktor müavini Aleksandr Fomin və başqaları qatılıb. Ermənistan tərəfini Prezident Aparatının rəhbəri Karen Karapetyan, onun müavini Vigen Sərkisyan, baş nazir Tiqran Sərkisyan, xarici işlər naziri Edvard Nalbandyan, müdafiə naziri Seyran Ohanyan və başqaları təmsil edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar