SON XƏBƏRLƏR

İran hədə-qorxu gəlir

2021.10.20, 07:36
İran hədə-qorxu gəlir

Gunaz.tv

GünAzTv: Tehran ABŞ (Amerika Birləşmiş Ştatları) və İsrailin dünyanın istənilən nöqtəsindəki obyetlərini vuracağını bəyan etdi.

 

“Amerika və İsrail bizə əməli surətdə hədə qorxu gələrsə, İrana gözlənilməz şəkildə hücum edərsə, biz istənilən ölkədə onların maraqlarına işləyən obyektləri vuracağıq”. Bu fikirlər İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı bəyanatda öz əksini tapıb.

 

Bəyanatda bildirilir ki, qurum ali dini rəhbərin tövsiyələrini əsas tutaraq həmişə ölkənin keşiyində dayanıb: “Biz düşmənlərimizə fürsət verməyəcəyik. Biz dünyada və regionda sülhün və sabitliyin tərəfdarı olsaq da, təcavüzə qarşı biganə deyilik. Ölkəmizə qarşı hər hansı bir əməli hədə-qorxu olarsa, İsrail və Amerikanın obyektlərini vuraraq onları çox çətin bir vəziyyətə salacağıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar