SON XƏBƏRLƏR

Təbrizdə 6 Azərbaycanlı fəala zindan hökmü çıxarılıb

2021.10.20, 07:36
Təbrizdə 6 Azərbaycanlı fəala zindan hökmü çıxarılıb

Gunaz.tv

GünAzTv: Təbriz Məhkəməsi 6 Azərbaycanlı fəalı 6 aydan 1 ilə qədər azadlıqdan məhrum edib.

 

Türk dili və ədəbiyyatı uzmanı Həsən Əbdullahi Cəhani (Ümidoğlu), şair Məhbub Budaqi, öyrənci fəal Fəraz Zehtab, Həbib Avride, Məhhəmmədrza Haşimi və Hüseyn Asiyayi həbsə məhkum edilmiş fəallarımızdır.

 

Hakim Məhəmmədi tərəfindən çıxarılan hökmə görə, Hüseyn Avridə 1 il obiriləri isə hər biri 6 ay azadlıqdan məhrum ediliblər.

 

Adını çəkdiyimiz fəallar keçən il may və iyun aylarında (xordad və tir ayları) Təbriz ETTELAAT əməkdaşları tərəfindən yaxalanıb, 3 ay müvəqqəti həbsdən sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılıblar.

 

Onların ittihamı, veblaq idarə etmək, Bildiriş yaymaq və əhalini nümayişə çağırmaq vasitəsi ilə sistemin əleyhinə təbliğdən ibarətdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar