SON XƏBƏRLƏR

Makılı fəaldan aylardır ki xəbər yoxdur

2021.10.20, 07:36
Makılı fəaldan aylardır ki xəbər yoxdur

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanın Makı şəhərinin sakini cənab Bəhmən Nəsirzadə aylardır ki, Təbriz ETTELAATı (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında saxlanılır.

 

Məlumata görə, 3 ay öncə may ayının 22-də (xordadın 1-i) ETTELAAT əməkdaşları tərəfindən öz evində tutuqlanan Azərbaycanlı müəllim və şair sonra Təbriz ETTELAATına köçürülüb. O hələdə həbsdə saxlanılır və onun durumu barədə heç bir məlumat əldə etmək mümkün deyil.

 

ETTELAAT əməkdaşları Bəhmən bəyi naməlum səbəbə görə yaxalayıblar. Onlar adını çəkdiyimiz fəalı yaxalarkən 2 saat sonra buraxacaqlarını bildirmişdilər.

 

Cənab Bəhmən Nəsirzadənin ailəsi onun naməlum vəziyyətindən olduqca nigarandır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar