SON XƏBƏRLƏR

Məhkəmə Azərbaycanlı mədəni fəallara bəraət qazandırıb

2021.10.20, 07:36
Məhkəmə Azərbaycanlı mədəni fəallara bəraət qazandırıb

Gunaz.tv

GünAzTv: Təbriz İnqilab Məhkəməsi qanunsuz toplantılara qatılmaqda, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və ictimai asayişi pozmaqda günahlandırılan “Arman” tələbə qurumunu mərkəzi şurasının üzvləri Aydın Sərdariniya və Qadir Novruziyə bəraət qazandırıb.

 

GünAzTv mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə,  məhkəmə prosesi qapalı keçirilib.

Aydın Sərdariniya 2008-ci ilin noyabrında həbsdən buraxılan, Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübarizəyə görə aylarla dustaq saxlanmış bir qrup azərbaycanlı tələbənin qarşılama mərasiminə qatıldığı üçün tutulmuşdu.

 

Qadir Novruzi isə 2009-cu ilin martında keçirilən “Azərbaycan ictimai hərəkatlarında qadınların rolu” adlı seminarda “Arman”ın çap etdirdiyi “Azərbaycan qadını” adlı xüsusi buraxılışı yayıb təbliğ etdiyinə görə həbsə atılmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar