SON XƏBƏRLƏR

İran sanksiyalar ləğv olunmayana qədər Amerika ilə danışıqlar aparmayacaq

2021.10.20, 07:36
İran sanksiyalar ləğv olunmayana qədər Amerika ilə danışıqlar aparmayacaq

Gunaz.tv

GünAzTv: İran sanksiyalar ləğv olunmayana qədər Amerika ilə danışıqlar aparmayacaq. Bu barədə İranın dini lideri ayətulla Əli Xameneyi bəyan edib.

 

İran ona qarşı sanksiyalar ləğv olunmayana və hədələr yığışdırılmayana qədər ABŞ-la (Amerika Birləşmiş Ştatları) milli nüvə proqramına dair danışıqlar aparmaq fikrində deyil.

 

«Bizim prezidentimiz və digər şəxslər danışıqlar aparacaqlarını deyirlər. Bəli danışıqlar aparacağıq, amma ABŞ-la yox. Çünki ABŞ danışıqlarda özünü səmimi, danışıqlar prosesinin normal iştirakçısı kimi aparmır.

Sanksiyaları ləğv edin və hədə-qorxuları yığışdırın», deyə ayətulla bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar