SON XƏBƏRLƏR

Rəsmi Tehran Səkinə Aştiyanini daşqalaq etməyəcəyini bildirib

2021.10.20, 07:36
Rəsmi Tehran Səkinə Aştiyanini daşqalaq etməyəcəyini bildirib

Gunaz.tv

GünAzTv: İran XİN türk həmkarlarına azərbaycanlı qadını edam etməyəcəklərini vəd edib.Qərb-İran münasibətlərində nüvə gərginliyi istiqamətində yumşaldıcı rolu boynuna götürən Türkiyənin İranda daşqalaq cəzasına məhkum edilən azəri əsilli Sakinə Məhəmməd Aştiyani üçün də fəaliyyətə başladığı məlum olub.

İran Xarici İşlər Nazirliyi ilə aparılan müzakirələrdə Sakinə mövzusunun da gündəmə gəldiyi və Türkiyənin Qərb ictimaiyyətinin çox yaxından izlədiyi bu məsələdə əhəmiyyətli rol oynadığı aşkara çıxıb. İranlı səlahiyyətlilər türk həmkarlarına Sakinənin edamını düşünmədiklərini çatdırıblar.

Xarici işlər naziri Əhməd Davudoğlu son olaraq ötən cümə günü İran xarici işlər naziri Mənuçehr Mottəki ilə telefon vasitəsilə əlaqə saxlayıb. 2 uşaq anası olan Sakinə Məhəmməd Aştiyani ərinin ölümündən sonra iki adamla zina etməsi iddiası ilə 2006-cı ildə daşqalaq yolu ilə edam cəzasına məhkum edilib.

Dünyada səs-küylü reaksiyalara səbəb olan qərarın ardından Braziliya prezidenti Luiz Inasio Lula da Silva iyulun 31-də Aştiyaniyə mühacir statusu verə biləcəyini açıqlamışdı. İran Xarici İşlər Nazirliyi Lula da Silvanın Aştiyaniyə sığınacaq haqqı tanıyaraq romantik hərəkət etdiyini və hadisəni tam bilmədiyini bildirmişdi. Sakinənin vəkili Məhəmməd Mustafai isə İran səlahiyyətlilərin onu həbs etmək niyyətində olduğunu öyrəndikdən sonra bu ayın əvvəllərində Türkiyəyə qaçmışdı. Türkiyədə qısa müddət nəzarətə altına alınan Mustafai daha sonra təyyarə ilə Norveçə getmişdi. Beynəlxalq insan haqları qrupları bu addımı İran ədliyyəsi üçün rüsvayçılıq kimi qiymətləndirmişdilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar