SON XƏBƏRLƏR

Amerika qoşunu İraqı tərk edir

2021.10.20, 07:36
Amerika qoşunu İraqı tərk edir

Gunaz.tv

GünAzTv: ABŞ-ın (Amerika Birləşmiş Ştatları) İraqda mənzillənən sonuncu döyüş briqadası ölkəni tərk etməyə başlayıb.

Amerikanın sönuncu döyüş hərbi hissəsi İraqdan cızılmış cədvəldən 2 həftə erkən çıxarılır.

GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, ABŞ 4cü döyüş briqadası İraqdan prezident Barak Obamanın bəyan etdiyi İraq strategiyasına uyğun çıxarılır.

Həmin plana görə, ABŞ qoşunları İraqda döyüş əməliyyatlarını Avqust ayının sonuna dək başa çatdırmalıydılar.

Briqadanın hərbi texnikası son saatlar ərzində İraq sərhədini keçərək Küveytə üz tutub.

Təxminən daha 50 minlik Amerika qoşunu İraqda gələn ilin sonlarına qədər qalacaq..

Həmin qoşunlar yalnız özünümüdafiə əməliyyatlarında iştrak edəcəklər. və İraq hökümətinin xaişi əsasında hərəkət edəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar