SON XƏBƏRLƏR

Urmuda "Traxtur" komandası üçün çağırış SMSləri

2021.10.20, 07:36
Urmuda "Traxtur" komandası üçün çağırış SMSləri

Gunaz.tv

GünAzTv: Dünən 2010-cu il avqust ayının 17-dən (mordadın 26-ı) bəri Urmu şəhərində geniş şəkildə SMSlər göndərilir.

 

SMSlərdə Azərbaycan və “Traxtur” futbol komandasını  sevən soydaşlarımızdan avqust ayının 22-də (mordadın 31-i) Təbrizin Səhənd stadyomunda hazır olmaları istənilir.

 

SMS təşəbbüsü Azərbaycan Milli Hərəkatının fəalları tərəfindən irəli sürülsədə, qısa müddətdə əhalını bürüyüb və artıq geniş miqyasda SMSlər göndərilir.

 

Qeyd edək ki, Tehranın Azadi stadyomunda (stadion) “Traxtur-Perspolis” müsabiqəsində millətimizə olan təhqir , o təhqirin İran televiziyasından yayımlanması və İran Futbol Federsiyasının “Traxtur” komandası barədə çıxardığı ədalətsiz qərar bütün soydaşlarımız tərəfindən hiddətlə qarşılandı. Ona görə, SMS və bu kimi reaksiyalar qeyd etdiyimiz səbəbə görə, gündən günə artmaqdadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar