SON XƏBƏRLƏR

Azərbaycanlı Məhbusların ailəsi rejimə xəbərdarlıq etdilər

2021.10.20, 07:36
Azərbaycanlı Məhbusların ailəsi rejimə xəbərdarlıq etdilər

Gunaz.tv

GünAzTv: Millətimizin milli hüquqları uğrunda dinc fəaliyyət göstərən tutuqlanmış Azərbaycanlı fəalların ailəsi, əzizlərinin azadlığa buraxılması üçün öz cəhdlərini dəvam etdirməkdədirlər.

 

Təbrizdə yerləşən əsas məhkəmənin qarşısında toplaşan məhbus ailələri İran hakimiyyətinə müraciət edərək siyasi dustaqların azad olunmasını tələb edib. Bu barədə “Olaylar” Güney mənbələrinə istinadən xəbər yayıb.

 

Həbsə atılmış siyasi fəalların ailə üzvləri məhbusların buraxılmayacağı təqdirdə əsas məhkəmənin qarşısında oturaq aksiyaya və aclığa əl atacaqlarını bəyan ediblər.

 

Xatırladaq ki, Güney Azərbaycanın müxtəlif bölgələrindən tutulub Təbriz ETTELAATına (İran Kəşfiyyat Nazirliyi) gətirilən 20-yə yaxın Azərbaycanlı fəal heç bir hüququ səbəb olmadan aylardır ki həbsdə saxlanılırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar