SON XƏBƏRLƏR

İran ordusu ehtimal edilən hücuma qarşı plan hazırlayıb

2021.10.20, 07:36
İran ordusu ehtimal edilən hücuma qarşı plan hazırlayıb

Gunaz.tv

GünAzTv: İran Silahlı Qüvvələri Baş Qərargahının idarə rəisi Əli Şadmani jurnalistlərə açıqlamasında ölkənin nüvə təsisatlarına qarşı mümkün xarici hücuma qarşı 3 plan hazırladıqlarını bildirib.

 

GünAzTv mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə, Əli Şadmani ABŞ-ın (Amerika Birləşmiş Ştatları) İraq və Əfqanıstandakı qüvvələrinə qarşı hücumun, İran körfəzindəki Hörmüz boğazını bağlamağın bu planların tərkib hissəsi olduğunu deyib: “Mümkün xarici təcavüzün qarşısını almaq üçün nəzərdə tutulan planların birincisi Hörmüz boğazını bağlamaq və onu tamamilə ələ keçirməkdir. Bununla da hər hansı gəminin burada hərəkət etməsinə icazə verməyəcəyik. Biz bu xüsusda bir neçə hərbi təlim də keçmişik. ABŞ-ın İraq və Əfqanıstandakı bütün hərbi bazalarını və qüvvələrini diqqət mərkəzində saxlayırıq. Ölkəmizə qarşı hər hansı hücuma cavab olaraq bu bazaları iflic vəziyyətə salaraq onlara hərəkət imkanı verməyəcəyik. Üçüncü planımız isə İsraillə bağlıdır. İsrail ABŞ-ın yaxın müttəfiqidir. Biz bu müttəfiqin asayişini pozacağıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar