SON XƏBƏRLƏR

Tehran Tel-Avivə xəbərdarlıq etdi

2021.10.20, 07:36
Tehran Tel-Avivə xəbərdarlıq etdi

Gunaz.tv

GünAzTv: İran XIN-nin rəsmi nümayəndəsi Ramin Mehmanparast İsrailə İranın nüvə obyektlərinə hücumla bağlı xəbərdarlıq edib.

O bildirib ki, ölkənin nüvə obyektlərinə, eləcə də Buşəhr Atom Elektrik Stansiyasına qarşı hər hansı hərbi həmlə  qəti cavablandırıladaq. Bu isə  çox məhvedici xarakter daşıyacaq.

 

GünAzTv mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, İran xarici siyasət idarəsinin bu reaksiyası  Birləşmiş Ştatları dövlət katibinin keçmiş müavini Con Boltonun bəyanatından  sonraya təsadüf edib. Bolton  Amerika KİV-ə müsahibəsində bəyan etmişdi ki, əgər İsrail  İranı  işlək atom elektrik stansiyasından məhrum etmək istəyirsə, onda o, yaxın günlərdə Atom Elektrik Stansiyasına zərbə endirməlidir. Çünki, Atom Elektrik Stansiyası istismara verildikdən sonra  radiasiya yayılması təhlükəsindən  hücum mümkün olmayacaq.

 

Qeyd edək ki, Rusiyanın yardımı ilə inşa olunan “Buşəhr” Atom Elektrik Stansiyası  avqustun 21-də istismara veriləcək. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar