SON XƏBƏRLƏR

Rəsmi Tehran qərb ölkələrindən “Daşqalaq” məsələsinə müdaxilə etməməyi tələb edir

2021.10.20, 07:36
Rəsmi Tehran qərb ölkələrindən “Daşqalaq” məsələsinə müdaxilə etməməyi tələb edir

Gunaz.tv

GünAzTv: İran Qərb dövlətlərinə daşqalaqla edama məhkum edilmiş qadının məsələsinə qarışmamağı söyləyib.

 

Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst deyib ki, məhkum edilmiş canilərə dəstək vermək və onlara sığınacaq təklif etmək olmaz.

Sözçü bildirib ki, Braziliyanın Səkinə Məhəmməd Aştiyaniyə sığınacaq təklif etməsinin arxasında humanitar məqsədlərin durduğuna İranın əmin olduğunu bildirib.

 

Lakin o deyib ki, bu, İran və Braziliya arasında münasibətlərə xələl gətirmək üçün qərbin təşkil etdiyi plandır.

 

Bu həftənin əvvəlində İran prezidenti Mahmud Əhmədinejad da demişdi ki, İran Braziliyaya məhkum edilmiş caniləri yox, öz texnologiyasını ixrac etməkdə maraqlıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar