SON XƏBƏRLƏR

“Traxtur” komandasını dəstəkləmək məqsədi ilə çağırış BƏYƏNATları yayılıb

2021.10.20, 07:36
“Traxtur” komandasını dəstəkləmək məqsədi ilə çağırış BƏYƏNATları yayılıb

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanlıların milli komandası kimi tanınan “Traxtur” futbol komandasının başına gətirilənlər millətimizin müxtəlif kəsimlərinin arasında etiraza səbəb olub.

 

Azərbaycanın müxtəlif şəhərlərinin milli fəalları, Kütləvi İnformasiya Vasitələri o cümlədən “Traxtur”-la bağlı fəaliyyət göstərən saytlar, Azərbaycan təşkilatları bəyanat yayaraq, fars şovinizminin millətimizə qarşı etdiyi təhqiri, İran Kütləvi İnformasiya Vasitələrinin o təhqiqi yayması, Futbol Federasiyasının “Traxtur” haqqında çıxardığı məlum ədalətsiz qərar, İran Təhlükəsizlik Qüvvələrinin “Traxtur” tərəfdarları ilə etdiyi kobud rəftarı şiddətlə qınayıblar.

 

Bir qrup Təbriz, Urmu, Qoşaçay milli fəalları, “Traxtur” tərəfdarlarının saytı, Azərbaycan Milli Dirəmiş Təşkilatı və ... bəyanat yayaraq, bütün Azərbaycan sevərləri 2010-cu il avqust ayının 22-də (mordadın 31-i) milli komandamızı təşviq etmək üçün  Təbrizin Səhənd stadyomuna (stadion) çağırıblar.

 

Ümid edirik ki, Futbol Federasiyasının ədalətsiz qərarına cavab olaraq, bütün Azərbaycan və “Traxtur” sevənlər bu milyonluq  hərəkətə qoşularaq, milli komandamızın və Azərbaycanımız haqq etdiyi yerin əldə edilməsinə yardım göstərəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar