Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Konqresin qəbul etdiyi qərar İsrailə İrana qarşı hücum etmək üçün “yaşıl işıq” yandırdı.
İrana hücum planı yenidən gündəmə gəldi. Ötən həftə ABŞ mətbuatı Pentaqonun Ağ Evə hücum planı ilə bağlı ilginc məlumatlar vermişdi. İndi isə yenidən bu məsələ gündəmə gəlib. Belə ki, ABŞ Nümayəndələr Palatası iyulun son həftəsində 47 nəfər respublikaçı Senatın hazırladığı silahdan istifadə də daxil olmaqla İsrailin özünü müdafiə etməsinə şərait yaradan bir qərar imzalayıb. Həmin 1553 saylı qərara görə, ABŞ İrana hərbi müdaxilə ilə bağlı İsrailə “yaşıl işıq” yandırır. Qərara görə: “ 1) ABŞ İranla müharibəyə girmək istəməsə də, Tehranın nüvə silahı əldə etməsinə mane olmaq üçün bütün vasitələrdən istifadə edəcəkdir;2) İran hökumətini nüvə silahı əldə etməkdən çəkindirəcək hər cür yolu dəstəkləyəcək;3) ABŞ İsraillə olan əlaqələrini yenidən bərpa edir; İsrail hökuməti və xalqının İran təhlükəsinə qarşı təcili iqtisadi və hərbi yardımları (raketdən müdafiə sistemi də daxil olmaqla) alacağına dair söz verir4) İsrailin İran tərəfindən gələcək olan nüvə təhdidlərinə cavab verməsi, ölkənin hegemonluğunu qoruya bilməsi və İsrail xalqının yaşayışını və təhlükəsizliyini qoruya bilməsi üçün bütün lazımi vasitələrə əl atılacaqdır”.GünAzTv mətbuat mərkəzinin “Tia.az”-a istinadən yaydığı məlumata görə, Göründüyü kimi, bu qərar İsrailin İrana qarşı müharibəyə girməsinə açıq şəkildə şərait yaradır. Əslində, ABŞ hökuməti üçün belə bir dəstəyin verilməsi birinci hal deyil. 2005-ci ildə Buş administrasiyasında vitse-prezident vəzifəsini tutan Dik Çeyni İsrailin İran məsələsində ilk həmləsini edəcəyinin təbii qarşılanacağını söyləmişdi. Hazırkı prezident Barak Obamanın xarici siyasət müşaviri Zbiqnev Bzejinski də Çeyninin açıqlamasına münasibət bildirərkən, vitse-prezidentin sözügedən açıqlamasından İrana müdaxilə üçün İsrailə açıq dəstək verdiyinin anlaşıldığını söyləmişdi. Kanadanın “Global Research” beyin mərkəzinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Michel Chossudovsky həmin 1553 saylı qərarın qəbul edilməsindən sonra İrana ilk həmlənin məhz İsrail tərəfindən ediləcəyini söyləyib. ABŞ və İsrailin İran müdaxiləsi məsələsində illərdir birgə fəaliyyət göstərdiklərini bildirən mütəxəssis ilk zərbənin İsrail tərəfindən gələcəyini, İranın da bu həmləyə cavab verəcəyi təqdirdə ABŞ-ın da müttəfiqini müdafiə etmək bəhanəsi ilə Tehrana zərbə endirəcəyini vurğulayıb. Kanadalı mütəxəssisin açıqlamasından belə görünür ki, Amerika dünyada İsraili müdafiə etmək üçün İrana zərbə endirmək məcburiyyətində qaldığı görüntüsünü yaratmaq istəyir. Yəni ortada İsrail üçün zərərçəkən hissi yaradılacaq və ABŞ da müttəfiqini qorumaq üçün hərəkətə keçmiş kimi görünəcək. Bəs, İsrail zərərçəkənə necə çevriləcək? Bu plana görə, bütün dünya ilk həmlənin İsraildən gələcəyini görür. İsrailin İrana hücumunun “qanuni” şəkil almasına gəlincə, ən çox maraq doğuran da budur. Bəlkə də İsrail heç bir zaman qayda axtarmayıb. Bütün bu planlar sadəcə olaraq, ABŞ-ın hücumunu qanuniləşdirmək üçün hazırlana bilər. Bütün bunların cavabını isə Dİk Çeyni illər öncə verib. Onun 2005-ci ildə MSNBC telekanalına verdiyi müsahibəsində də bu, açıq-aşkar görünür: “Narahatlıqlardan biri İsrailin bu işi kimləsə məsləhətləşmədən etməsidir. İranın İsraili yox etmək siyasəti olduğu nəzərə alındıqda israillilər daha tez hücuma keçməyə qərar verə bilər və ortaya çıxacaq diplomatik qarışıqlığın da tənzimlənməsini digər ölkələrə buraxa bilərlər”. ABŞ və İsrailin İrana hücumu region ölkələrinə də təsirsiz ötüşməyə bilməz. Xüsusilə İranın qonşusu olan və son vaxtlar İsraillə olduqca soyuq münasibətləri olan Türkiyə belə bir addıma etinasız yanaşmayacaq. Ankaranın İranı nüvə məsələsində daim dəstəkləməsi bunun açıq sübutudur. Belə bir vəziyyətdə İranın düşmənlərinin qarşısında ən böyük əngəl Türkiyə görünür. Nəinki balaca İordaniya və Suriya. İndi Vaşinqton və Təl-Əvivin qarşısında duran əsas vəzifələrdən biri Türkiyəni neytrallaşdırmaqdır. Ərdoğanın ortaya qoyduğu siyasət isə bunu mümkünsüz edir. Odur ki, Ankaraya qarşı daha effektli variantlardan istifadə olunması məsələsi gündəmə gəlib. Türkiyə ABŞ-ın Yaxın Şərqdə nə qədər yaxın müttəfiqi olsa da, Ağ Ev “ərköyün övladına” görə bunu etməyə məcburdur. Ötən gün İngiltərənin “Financial Times” ABŞ prezidenti Barak Obamanın iyun ayında Kanadanın Toronto şəhərində keçirilmiş G-20 zirvə toplantısında Rəcəb Tayyib Ərdoğanı Türkiyənin İsrail və İrana qarşı fərqli münasibətlərindən ötrü xəbərdar etdiyini bildirib. Qəzet “ABŞ silah anlaşması məsələsində Türkiyəyə ultimatum verir” başlıqlı məqaləsində Obamanın Ərdoğana Türkiyənin İran və İsraillə bağlı siyasətini dəyişdirmədiyi təqdirdə Amerikadan almaq istədiyi silahların müşkülə çevriləcəyini söylədiyini bildirib. Xəbərə görə, ABŞ hakimiyyətindən adınının açıqlanmasını istəməyən yüksək vəzifəli dövlət rəsmisi Obamanın Ərdoğana Türkiyənin ortaya qoyduğu siyasətin Konqresdə müqavimətə yol açacaq problemlərə səbəb olacağını söylədiyini deyib. Həmin şəxs bu problemlərin müttəfiq olaraq Türkiyəyə inanıb-inanmamaqla bağlı olduğunu söyləyib. “Financial Times” Obamanın Ərdoğana xəbərdarlığının çox önəmli olduğunu, amma Ankaranın Amerikadan pilotsuz təyyarələr, xüsusilə də raketdaşıyan “Reaper”lər almaq istədiyini bildirib. Həmçinin bildirilib ki, Türkiyə ABŞ ordusu İraqdan çəkildikdən sonra terror təşkilatına qarşı bu silahlardan istifadə etmək istəyir. Türkiyənin qarşılaşacağı problemə gəlincə isə, ABŞ hökuməti NATO üzvü olan ölkələrə silah satmazdan 15 gün əvvəl Konqresə məlumat göndərməlidir. Bu da Ankara üçün bəlkə də ən ciddi problemdir və Obamanın “Konqresdə müqavimətə yol açacaq problemlərə səbəb olacaq” kəlməsi də buna sübutdur. Bu arada isə ABŞ-ın "Christian Science Monitor" qəzeti maraqlı bir açıqlama ilə çıxış edib. Qəzet İsrailin İrana hücum etməməsi üçün 3 səbəb olduğunu bildirib. "Christian Science Monitor" səbəbləri bu cür açıqlayıb:1- İsrailin məsafə etibarilə İrandan çox uzaq olması. Bu səbəblə İsrail təyyarələrinin havada yanacaq doldurması lazımdır ki, bu da imkansız görünür.2- İranın nüvə silahı olsaydı, Təl-Əviv bunu çoxdan bilər və İrana hücum edərdi.3 - Belə bir hücumun əvəzi İsrail və Amerika üçün çox ağır olar. Çünki İran artıq köhnə İran deyil, həm hərbi, həm iqtisadi, həm diplomatik sahələrdə dünyada söz sahibi olan bir ölkədir və fəaliyyəti də getdikcə sürətlə artmaqdadır. Belə bir ölkəylə bu şərtlərdə müharibə etmək, ABŞ və İsrail üçün çox böyük ziyanlar yaradar, böyük ehtimalla İsrailin də sonu olar.Qəzetin sadaladığı səbəblərdən ən birincisi də elə İranın İsrail təyyarələri üçün əlçatmaz olmasıdır. Çünki israilin İrana olan ən yaxın ərazisi Suriya vasitəsilədir. Amma Dəməşqin də belə bir addıma yol verməsi mümkünsüz görünür. Onda gərək orada Suriya adlı dövlət olmasın. Təl-Əviv də məcburdur ki, İordaniya-Səudiyyə Ərəbistanı reysindən istifadə etsin. Bu da İsrail təyyarələrinin işini olduqca çətin vəziyyətə salacaq. Yerdə qalan vasitələrdən biri də İsrailin ABŞ-ın Bəsrə körfəzində yerləşən təyyarıdaşıyan gəmilərindən istifadə etməkdir. Lakin İranın son dərəcə müasir raketlərlə silahlanması bu gəmilərin təhlükəsizliyini sıfıra endirir. Beləliklə, İrana qarşı baş verə biləcək hərbi əməliyyatlar hələ ki, kağız üstündə və ehtimallar üzərində dayanır. Hərbi əməliyyatın başlanacağı və nə cür sona çatacağı isə qarşıda baş verəcək hadisələrdən sonra məlum olacaq.
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu