SON XƏBƏRLƏR

Qardaş ölkələr arasında strateji tərəfdaşlıq haqqında müqavilə imzalanıb

2021.10.20, 07:36
Qardaş ölkələr arasında strateji tərəfdaşlıq haqqında müqavilə imzalanıb

Gunaz.tv

GünAzTv: Təkbətək və heyətlərarası görüşdən sonra iki ölkə rəhbəri tarixi dostluğu strateji dostluğa çevirən "Strateji tərəfdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi"nə imza atıblar.

Türkiyə prezidenti Abdulla Gül Azərbaycanda səfərdədir.

İkitərəfli əlaqələrdə "bir millət - iki dövlət" prinsipini əsas götürən Türkiyə və Azərbaycan bu səfərdə imzalanan strateji tərəfdaşlıq müqaviləsi ilə daha bir önəmli addım atıb.

Gülün Bakıdakı görüşlərinin gündəliyində Dağlıq Qarabağ problemi və enerji məsələləri müzakirə edilib.

Prezident Gül Zağulbadakı prezident iqamətgahında Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən rəsmi törənlə qarşılanıb.

Azərbaycana verdiyi önəmi prezident seçildikdən sonra ilk səfərini bu ölkəyə edərək göstərən Gül bu ziyarətində də isti atmosferdə qarşılanıb.

Təkbətək və heyətlərarası görüşdən sonra iki ölkə rəhbəri tarixi dostluğu strateji dostluğa çevirən "Strateji tərəfdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi"nə imza atıb.

Prezident Gül çıxışında "Bütün azərbaycanlı qardaşlarıma Türkiyənin daim Azərbaycanın yanında olduğunu, onunla həmrəy olduğunu və olmağa davam edəcəyini bir daha buradan çatdırmaq istəyirəm" deyib.

Azərbaycanın dövlət başçısı İlham Əliyev də çıxışında dostluq vurğusu edib.

Abdulla Gül Türkiyənin Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyini bir daha ifadə edib.

Türkiyə lideri "Qısa zaman içərisində bu problemin həll edilməsinin vacibliyinə inanırıq. Təəssüf ki, 18 ildir bu problem dünyada lazımi diqqət görmədi. Ümid edirik ki, artıq problemin həlli zamanı gəlib və bütün bu məsələlər danışılaraq, müzakirə edilərək Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapacaq" deyib. Abdulla Gül viza rejiminin qarşılıqlı ləğvi haqda da müzakirələr apardıqlarını bildirib. Prezident Bakı səfəri çərçivəsində Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib. Günün sonunda Azərbaycan prezidenti İlham Əliyev Gülün şərəfinə axşam yeməyi verib. Yeməkdən sonra Əliyev özünün istifadə etdiyi xidməti avtomobiliylə Gülü Bakıda gəzdirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar