SON XƏBƏRLƏR

Tehrandan Vaşinqtona müharibə xəbərdarlığı

2021.10.20, 07:36
Tehrandan Vaşinqtona müharibə xəbərdarlığı

Gunaz.tv

GünAzTv: İranla ABŞ (Amerika Birləşmiş Ştatları) arasında söz dueli davam edir. Bir müddət əvvəldən başlayan müharibə çağırışlarına aqressiv şəkildə cavab verən rəsmi Tehran isə hətta hədələrdən də çəkinmir.İran ABŞ-ın müharibəni başladan tərəf ola biləcəyini, lakin onun bitirilməsinə qərar verəcək tərəf ola bilməyəcəyini iddia edir. Bu ölkənin baş qərargah rəisi general Məsud Cəzayiri bəyan edib ki, ABŞ-ın Yaxın Şərqdəki hərbi varlığının əsas məqsədi bölgədə böhran yaratmaq və silahı satışı üçün uyğun zəmin hazırlamaqdır. General onu da deyib ki, İran artıq müharibə ilə bağlı ABŞ-ı artıq xəbərdar edib. «ABŞ müharibəni başladarsa, sona çatdıra bilməz. Bir zamanlar SSRİ-ni özlərinə düşmən görürdülər. İnd idə İran onlar üçün düşmənə çevrilib. ABŞ-ın belə hərəkətlərə yol verməsi isə daxili problemlərini ört-basdır etmək niyyətindən irəli gəlir».Cəzayiri daha sonra deyib ki, ABŞ və İsrail bölgədəki planlarını reallaşdırmaq üçün «İslamafobiya»dan bir vasitə olaraq istifadə edir. «ABŞ və İsrail bölgədə olmasa, buradakı ölkələr arasında heç bir problem yaşanmayacaq. Yaxın Şərqdə sabitliyin olması bu bölgənin ölkələrindən asılıdır». İranlı general sonda onu da deyib ki, əgər müharibə başlayarsa, Tehran ilk olaraq bölgədəki ABŞ hərbi bazalarına, ardından da İsrailin nüvə obyektlərinə raket zərbələri endirmək məcburiyyətində qalacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar