SON XƏBƏRLƏR

Bir sıra dünya ziyalıları Daşqalağa məhkum edilmiş qadınla bağlı bəyanat yayıblar

2021.10.20, 07:36
Bir sıra dünya ziyalıları Daşqalağa məhkum edilmiş qadınla bağlı bəyanat yayıblar

Gunaz.tv

GünAzTv: Dünyanın bir sıra tanınmış ziyalısı avqustun 16-da birgə bəyanat yayaraq daşqalaq yolu ilə edama məhkum olunmuş 43 yaşlı təbrizli qadın Səkinə Məhəmmədi Aştiyaniyə çıxarılan hökmün ləğvni tələb edib.

 

Dünyanın bir sıra tanınmış ziyalısı (çex yazarı Milan Kondra, ədəbiyyat və sülh üzrə Nobel mükafatı laureratları Vul Suinka və Cudi Vilyams, fransız filosoflar Bernar Hanri Lui və Elizabet Bedneter, aktrisa Culyetta Binoş, iranlı kinorejissor Mərcanə Satrapi və s.) avqustun 16-da birgə bəyanat yayaraq daşqalaq yolu ilə edama məhkum olunmuş 43 yaşlı təbrizli qadın Səkinə Məhəmmədi Aştiyaniyə çıxarılan hökmün ləğvni tələb edib.

 

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, ziyalıların bəyanatı Fransanın “Liberasion” qəzetində dərc edilib.

Bəyanatda deyilir: “Bütün dünya bu qadına çıxarılan ölüm hökmündən heyrətləndiyi bir vaxtda İran İslam Respublikası avqustun 11-də özünün artıq adi hal almış növbəti saxtakarlığına əl atıb. Səkinə Məhəmmədi Aştiyanini çadraya bürünmüş halda televiziyaya çıxararaq onun Azərbaycan dilində yalançı etiraflarını və bu etirafların fars dilindəki tərcüməsini yayıb. Halbuki yalnız bir gözü və bir burnu görünən qadının əlində bir kağız olub və o öz etiraflarını həmin kağızdan oxuyub”.

 

Bəyanatda Səkinə Məhəmmədiyə qarşı çaxarılan ölüm hökmünün ləğv olunması və onun dərhal azadlığa buraxılması tələb edilir.

Xatirladaq ki, 5 ildir zindanda saxlanan Səkinə Məhəmmədi Aştiyani İran məhkəməsi tərəfindən zinada ittiham olunur. ancaq müttəhim bu ittihamı qətiyyətlə rəd edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar