SON XƏBƏRLƏR

Urmu gölünün suyu rəngini dəyişib

2021.10.20, 07:36
Urmu gölünün suyu rəngini dəyişib

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanın Urmu şəhəri kənarında yerləşəm dünya şöhrətli Urmu gölü bu dəfədə qeyri-adi bir vəziyyətlə üzləşib. Belə ki, gölün suyu öz rəngindən başqa rəngə çevrilib.

 

Bir həftə öncədən başlayan rəng dəyişmə prosesinin səbəbi hələlik dəqiq müəyyənləşdirilməyib.

 

Uzmanların fikricə bu hadisənin iki səbəbi ola bilər: 1) çirkab və kanalizasiya sularının gölə axıdılması  2) suyun tərkibində duzun miqdarının artması

 

Xatırladaq ki, Azərbaycanın dünya şöhrətli Urmu Gölü qurumaq təhlükəsi ilə də üz-üzədir. İran rejimi illərdir gölə tərəf axan sular və çayların istiqamətini dəyişərək, digər səbəblərlə birlikdə Urmu Gölünü qurumasını qaçırılmaz etməkdədir. Əgər yaxın gələcəkdə yeni tədbirlər həyata keçirilməsə təssüf ki arzuolunmaz mənzərənin şahidi ola bilərik.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar