SON XƏBƏRLƏR

Güney Koreya prezidenti, Koreyanın birləşməsi ilə bağlı yeni plan təklif edib

2021.10.20, 07:36
Güney Koreya prezidenti, Koreyanın birləşməsi ilə bağlı yeni plan təklif edib

Gunaz.tv

GünAzTv: Güney Koreya prezidenti Şimali Koreya ilə yeni birləşmə planı təklif edib və deyib ki, birləşmə mütləq baş tutacaq.

 

Bazar günü Koreya yarımadasının Yaponiya müstəmləkəsindən azad olmasının 65-ci ili tamam oldu

 

Güney Koreya prezidenti Quzey Koreya ilə yeni birləşmə planı təklif edib və deyib ki, birləşmə mütləq baş tutacaq.

GünAzTv mətbuat mərkəzinin "Amerikanın səsi"-nə istinadən yaydığı məlumata görə, Koreya yarımadasının Yaponiya müstəmləkəsindən azad olmasının 65-ci ildönümü münasibətilə televiziya çıxışı zamanı prezident Li Myunq Bak Quzeylə birləşmə istiqamətində addım atmağın zamanı yetişdiyini bildirib.

 

Cənab Li “Birləşmə vergi”si də daxil olmaqla 3 mərhələli planın detallarını açıqlayıb. O deyib ki, sülh içərisində yaşamaq iqtisadi əməkdaşlığa, daha sonra isə bir xalqın birlik şəklində yaşamasına yol açacaq. Cənab Li 100 il əvvəl Yaponiyanın Koreyanı işğal etməsi barədə Tokiyonun son üzrxahlığını vurğulayıb.

 

O deyib ki, Yaponiya baş naziri Naoto Kanın sözləri irəliyə doğru addım üçün müsbət işarədir, ancaq bundan artıq bir şey deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar