SON XƏBƏRLƏR

Türkiyənin İran və İsraillə bağlı apardığı siyasət Vaşinqtonu qane etmir

2021.10.20, 07:36
Türkiyənin İran və İsraillə bağlı apardığı siyasət Vaşinqtonu qane etmir

Gunaz.tv

GünAzTv: Bu barədə ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obamadan Türkiyəyə ultimatum gəldi. bu haqda SİA “Financial Times" qəzetinə istinadən xəbər yayıb.

 

Xəbərdə bildirilir ki, Türkiyənin İsrail və İranla əlaqələrində atdığı addımlar Vaşinqton tərəfindən narahatlıqla qarşılanır. Türkiyənin bu siyasəti davam etdirməsi nəticəsində ABŞ ilə əldə olunan silah razılaşmalarının icrasında problemlərin yaranacağını qeyd edən qəzet bildirib ki, Ankaranın bəzi hərəkətləri ABŞ Senatında da müzakirə mövzusu olub.

 

 PKK-ya qarşı əməliyyatlar üçün Türkiyənin ABŞ-dan almaq istədiyi raket daşıyan təyyarələrin alınmasında maneələr yaranacağı deyilir. Senatorlardan biri “Financial Times"ə açıqlamasında söyləyib ki, B.Obama Senatdakı çıxışında Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın bəzi adımlarının sual işarələri yaratdığını deyib. Çıxışda bir müttəfiq olaraq Türkiyəyə inamın azaldığı, buna görə də PKK-ya qarşı istifadə etmək üçün Türkiyəyə satılması nəzərdə tutulan silahlar məsələsində yenidən düşünməli olduğu xəbərdarlığı edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar