SON XƏBƏRLƏR

“Traxtur-Pas” müsabiqəsinin son nəticəsi

2021.10.20, 07:36
“Traxtur-Pas” müsabiqəsinin son nəticəsi

Gunaz.tv

GünAzTv: avqust ayının 14-də (mordadın 23-ü) Təbrizin “Traxtur” futbol komandası ilə Həmədanın “Pas” taxımı arasında keçirilən müsabiqə “Pas”ın qələbəsi ilə başa çatıb.

 

Müsabiqə “Pas” komandasının oyuncusu Həmid Kazimi tərəfindən vurulan qol sonuçunda, (1 – 0) nəticəsi ilə Pas taxımının xeyirinə yekunlaşıb.

 

Qeyd edək ki, Təbriz vaxtı ilə saat 21:45-də Səhənd stadyomunda (stadion) başlayan müsabiqə bir gün öncə eyni vaxtda başladı. Ancaq oyunun 33-cü dəqiqəsində işıqların naməlum səbəbdən kəsilməsi sözü gedən müsabiqənin bir gün sonraya ərtələnməsinə səbəb oldu.

 

Oyun, Qanuna görə birinci dəqiqədən deyil, bir gün öncə dayandığı dəqiqədən başladı. Bununda oyunçuların hazırlıq və ruhiyyəsinə yaxşı təsir etmədiyi bildirilir.

 

Xatırladaq ki, “Traxtur” komandası Futbol Federasiyasının qərarına görə, artıq üçüncü həftədir ki tamaşaçısız müsabiqə həyata keçirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar